Leksinqton turniri: Uilyams bacılarının duelindən Serena qalib ayrılıb
Bakı, 14 avqust, AZƏRTAC
ABŞ-ın Leksinqton şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 225 min ABŞ dolları olan WTA seriyalı turnirdə dörddəbir finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə amerikalı Uilyams bacılarının dueli diqqət çəkib. Görüş 2 saat 21 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Vinus ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Sonradan təşəbbüsü ələ alan Serena Uilyams eyni hesabla qalib gələrək tarazlığı bərpa edib. Sonuncu setdə 6:4 hesabı ilə rəqibini məğlub edən Serena dörddəbir finala yüksəlib.
Turnirə avqustun 16-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]