LƏNKƏRANDA BAŞ VERMİŞ YOL-NƏQLİYYAT QƏZASINDA BİR ƏSGƏR ÖLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. İman Qurbanov idarə etdiyi “QAZ-52” markalı avtomaşını Sütə Murdov körpüsündə quraşdırılmış hündürlüyü məhdudlaşdıran dirəyə vurmuşdur.
Nəticədə avtomaşının yük yerində olan sərnişinlər - “N” saylı hərbi hissənin əsgərləri Yaşar Cabbarov, Ceyhun İmanov və Əhməd Manafov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. Ə.Manafov orada ölmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır.