Lənkəranda şahmat üzrə zona yarışı keçirilir
Lənkəran, 18 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Şahmat Məktəbində Təhsil Nazirliyinin tabeliyində olan uşaq şahmat məktəblərinin komandalarının respublika birinciliyinin zona yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq keçirilən respublika birinciliyinin zona yarışlarında 54 zəka sahibi qalib adı uğrunda mübarizə aparır.
Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən dairəvi sistem üzrə keçirilən yarışda Astara, Masallı, Biləsuvar, Salyan, Yardımlı və Neftçala rayonlarının hərəsindən bir komanda, Lənkəran və Bakı şəhərlərinin hər birindən isə iki komanda iştirak edir.
Hər komanda 6 şahmatçıdan ibarətdir. Səkkiz gün davam edəcək yarışda kiçik yaşlı zəka sahiblərinə hər görüş üçün 120 dəqiqə vaxt verilir.
Zona yarışlarında birinci və ikinci yeri tutan komandalar respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]