SİYASƏT
LONDONDA “AZƏRBAYCAN EVİ” AÇILMIŞDIR
Azərbaycan Gənclər Klubundan AZƏRTAC-a bildirmişlər ki, Londonda 2006-cı ilin sonlarından fəaliyyətə baslamış “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin rəmzi açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə Mərkəzin idarə heyəti üzvləri ilə yanası Londonun Hackney bələdiyyəsinin sədri Lan Rathbone, Azərbaycanın Böyük Britaniyadaki səfiri Fəxrəddin Qurbanov, Britaniya parlamenti Lordlar Palatasnın üzvü Lord Fraser, “British Council”- Azərbaycanın direktoru Nikol de Laluvyer, FASE London forumu istirakcıları, bu ölkədəki Azərbaycan icmasının numayəndələri istirak etmişlər.
Mərkəzin idarə heyətinin sədri Ali Tekin Atalar qurum haqqında məlumat vermiş, onun yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmişdir.
Sonra səfir Fəxrəddin Qurbanov açılışı bildirən rəmzi lövhənin üzərindən örtüyü götürmüş, “Azərbaycan Evi”nə uğurlar arzulamışdır. Diplomat quruma fəaliyyətində kömək göstərəcəyini vəd etmişdir.
Lord Fraser və Lan Rathbone də mərkəzin açılışını yüksək qiymətləndirmiş, artıq Londonda azərbaycanlıların da evinin olduğunu vurğulamışlar.
Tədbir iştirakçıları Böyük Britaniyada yaşayan gənc azərbaycanlı rəssam Kəbirə Əliyevanın işlərindən ibarət sərgiyə maraqla baxmışlar. “Anglo-Caspian” nəsriyyatının rəhbəri Ülvi Pepinova “Zaqafqaziya uğrunda mubarizə (1917-1921)” kitabını təqdim etmişdir.
Tədbir gənc skripkaçı Nəzrin Rəsidovanın, ABŞ-dan olan muğam ifaçısı Ceffri Verbokun, azərbaycanlı gənclərdən ibarət rok qrupunun iştirak etdiyi maraqlı konsert proqramı ilə başa çatmışdır.
######