Macarıstanla diaspor sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Budapeştə səfəri çərçivəsində Macarıstanın Milli siyasət üzrə dövlət katibi Lörinc Nacsa ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, F.Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətinə diqqət çəkib, xaricdəki Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Koordinasiya Şuraları və bir sıra digər layihələr haqqında məlumat verib.
L.Lacsa isə görüşün və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Tərəflər müasir diaspor strategiyası, perspektiv planlar və əməkdaşlıq platformaları ilə bağlı fikir mübadiləsi aparıblar.