Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ SAMİR ŞƏRİFOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Yola saldığımız 2008-ci il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildə müəyyən edilmiş iqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi strategiyasının həyata keçirilməsinin növbəti uğurlu mərhələsi kimi ölkəmizin çağdaş tarixinə daxil olmuşdur.

2008-ci ilin dövlət və icmal büdcələrinin operativ icra göstəricilərində də bunu aydın şəkildə görmək olar.

Belə ki, 2008-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 10 milyard 484 milyon manata qarşı 10 milyard 763 miylon manat və ya 102,7 faiz icra olunmuşdur. Bu da 2007-ci ilə nisbətən 4 milyard 756 milyon manat və ya 79,2 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən 5 milyard 380 milyon manat proqnoza qarşı icra 5 milyard 694 milyon manat və ya 105,8 faiz olmuşdur ki, bu da proqnoza nisbətən 314 milyon manat, 2007-ci illə müqayisədə isə 1,2 milyard manat və ya 26,2 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100 faiz əməl edilməklə, dövlət büdcəsinə 1 milyard 110 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2007-ci illə müqayisədə 338 milyon manat və ya 43,8 faiz çox deməkdir.

Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş miqdarda, yəni 3 milyard 800 milyon manat məbləğində transfert daxil olmuşdur.

2008-ci il dövlət büdcəsinin xərcləri 10 milyard 680 milyon manat və ya 96,6 faiz icra edilsə də, bu, 2007-ci ildəkindən 4 milyard 594 milyon manat və ya 75,5 faiz çoxdur.

2008-ci ildə də sosialyönümlü tədbirlər üzrə xərclərin maliyyələşdirilməsi diqqətdə olmuşdur. Bu məqsəd üçün 2 milyard 312 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2007-ci illə müqayisədə 642 milyon manat və ya 38,4 faiz çoxdur.

2008-ci ildə 2007-ci illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri 42,2 faiz, səhiyyə xərcləri 34,6 faiz, təhsil xərcləri 35,5 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 47,1 faiz artmışdır.

2008-ci ildə əhalinin rifahının yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün ölkə Prezidenti tərəfindən bir sıra sərəncamlar imzalanmışdır. Bu sərəncamlarla elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət sahələrində habelə, dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əmək haqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əmək haqları 50 faiz, ali təhsil müəssisələrində çalışanların əmək haqları iş stajından və tələbələrin sayından asılı olaraq, 50 faizdən 2 dəfəyə qədər, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz artırılmış, minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 faiz artırılaraq 75 manata çatdırılmış, məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği 50 faiz artırılmışdır.

2008-ci il məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm mərhələ olmuşdur. İl ərzində məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədlərinə 145 milyon manat vəsait sərf olunmuş, son çadır düşərgəsi ləğv edilmiş, beləliklə, ölkə Prezidentinin Azərbaycanda bir dənə də çadır düşərgəsi qalmayacağına dair tapşırığı tam icra edilmişdir.

Gənc nəslin idmana və sağlam həyat tərzinə marağının artırılması məqsədi ilə bilavasitə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və göstərişi əsasında idmanın inkişafına 2008-ci il dövlət büdcəsindən, investisiya xərcləri də daxil olmaqla, 125 milyon manat vəsait ayrılmışdır. Bunun nəticəsində hesabat ilində bir çox irimiqyaslı və nüfuzlu beynəlxalq yarışların ölkəmizdə keçirilməsinə nail olunmuş, öz növbəsində, idmançılarımız tərəfindən beynəlxalq yarışlarda, xüsusilə də Pekin Olimpiadasında qazanılan mükafatların sayı artmışdır.

Hesabat ilində aqrar sektora dövlət qayğısı daha da artırılmış, fermer təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi üçün büdcədən Sahibkarlığa Kömək Milli Fonduna 80 milyon manat, “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyətinə 40 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsaitin ayrılması təmin edilmişdir. Bundan əlavə, cins damazlıq mal-qaraya və mineral gübrələr alınmasına, mineral gübrələrin və texnikanın saxlanması üçün xüsusi anbarların tikintisinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 25 milyon manat vəsait ayrılması təmin edilmiş, ərzaq təhlükəsizliyi tədbirlərinin görülməsi məqsədlərinə 50 milyon manat yönəldilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi tədbirlərinin davamı olaraq, 652 min fiziki və hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, buğda və çəltik istehsalçılarına səpilən hər hektar sahəyə görə yardımın verilməsi təmin edilmiş, bu məqsədə 76,5 milyon manat vəsait sərf olunmuşdur. Bunun nəticəsində kənd təsərrüfatında becərilən əkin sahələri və məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artmışdır.

Azərbaycanın beynəlxalq münasibətlərdə mövqelərinin möhkəmlənməsi, Prezident İlham Əliyevin beynəlxalq aləmdə sürətlə artan nüfuzunun məntiqi nəticəsi kimi, 2008-ci il ərzində ölkəmizdə bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, habelə, ölkəmizin Suriya Ərəb Respublikasında yeni səfirliyinin və Qazaxıstanın Aktau şəhərində Baş konsulluğunun fəaliyyətə başlaması ilə bağlı xərclər dövlət büdcəsindən maliyyələşdirilmişdir. Eyni zamanda Qırğızıstanda, Myanma İttifaqında, Pakistan İslam Respublikasında, Çin Xalq Respublikasında, Yəmən Respublikasında, Tacikistan Respublikasında və Fələstin Muxtariyyətində baş vermiş təbii və humanitar fəlakətlərin aradan qaldırılması ilə bağlı maliyyə yardımları üçün dövlət büdcəsindən vəsait ayrılması təmin edilmişdir.

Dövlət büdcəsi xərclərinin strukturu üzrə 2008-ci ildə 2007-ci ilə nisbətən sənaye və tikinti xərcləri 2,2 dəfə, mənzil və kommunal təsərrüfatı xərcləri 69,5 faiz, müdafiə xərcləri 62,8 faiz, ümumi dövlət xidməti xərcləri 41 faiz, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 23,8 faiz, aqrar və ətraf mühitin mühafizəsi xərcləri 13,9 faiz çox olmuşdur.

2008-ci ildə həlli vacib hesab olunan tədbirlərin maliyyələşdirilməsinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 154 milyon manat, dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyəlşədirilməsinə isə dövlət büdcəsinin ehtiyat fondundan 115,7 milyon manat vəsait ayrılmışdır.

Möhtərəm cənab Prezident!

Son illər dünya əmtəə bazarlarında yaranmış əlverişli konyuktura nəticəsində dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artmışdır. Artan gəlirlər iqtisadiyyata, ilk növbədə, sosial və fiziki infrastruktur sahələrinə investisiya qoyuluşuna yönəldilmişdir.

2008-ci ildə dövlət investisiya qoyuluşu xərclərinə dövlət büdcəsindən 4 milyard 276 milyon manat (2007-ci illə müqayisədə 2,2 dəfə çox), Dövlət Neft Fondundan 453 milyon manat, dövlət zəmanəti ilə alınmış xarici kreditlər hesabına 430 milyon manat vəsait ayrılmışdır.

Ötən ildə dövlət investisiya xərclərindən təhsil obyektlərinin tikintisi və təmirinə 214 milyon manat, səhiyyə obyektlərinin tikintisi və təmirinə 204 milyon manat vəsait istifadə olunmuşdur.

Mədəniyyət və turizm obyektlərinin tikintisi və əsaslı təmirinə, o cümlədən mədəni-tarixi irsimizin qorunub saxlanılmasına, tarixi, dini abidələrin bərpası və yenidən qurulmasına, milli ifaçılıq sənətinin inkişafına 171,6 milyon manat vəsait xərclənmişdir.

2008-ci ildə nəqliyyat infrastrukturuna 1 milyard 582 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına ölkə ərazisində respublika əhəmiyyətli avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin, regionlarda çaylar üzərində körpülərin, yeni və mövcud metro stansiyalarının tikintisi və yenidən qurulması, habelə, yeni gəmi-bərələrin və tankerlərin, dəmir yolu və metro vaqonlarının və ixtisaslaşmış avadanlıqların alışı həyata keçirilmiş, Lənkəran və Zaqatalada beynəlxalq statusa malik hava limanları istismara verilmişdir.

Penitensiar müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılması, cəzaçəkmə və islah-müalicə müəssisələrinin əsaslı təmir və yenidənqurma işlərinə 69,9 milyon manat, müdafiə və hüquq mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə 315 milyon manat vəsait ayrılmışdır.

Ölkəmizin enerji təhlükəsizliyini və regionların elektrik enerjisinə və qaza olan tələbatını təmin etmək məqsədi ilə 312 milyon manat, o cümlədən Səngəçalda gücü 300 MVt olan modul tipli elektrik stansiyasının tikintisinə 262,8 milyon manat, habelə, paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına 120 miylon manat vəsait sərf edilmiş, ölkənin hər bir regionuna qaz çatdırılması barədə ölkə Prezidentinin tapşırığı icra olunaraq, regionların qazlaşdırılmasına 82,1 milyon manat vəsait yönəldilmişdir.

2008-ci ildə meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi və əsaslı təmirinə 268,2 milyon manat vəsait sərf edilmişdir. Həmçinin, hesabat ilində Naxçıvan Muxtar Respublikasında və ölkənin digər rayon və şəhərlərində yenidənqurma və bərpa işlərinin aparılmasına 33 milyon manat vəsait ayrılmışdır.

Ötən il ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi layihələrinin maliyyələşdirilməsi davam etdirilmişdir.

2008-ci ilin sonuna ölkəmizin daxili və xarici dövlət borcu 2 milyard 686 milyon manat səviyyəsində və ya ümumi daxili məhsulun 7,1 faizinə bərabər olmuş, adambaşına düşən dövlət borcumuz 310,5 manat, xarici dövlət borcumuz isə 330 ABŞ dolları təşkil etmişdir.

Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ötən 2008-ci il 2003-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni siyasi-iqtisadi dövrün ilk 5 illik mərhələsini yekunlaşdırmışdır. Əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu müddət ərzində həyata keçirdiyi xarici və daxili siyasət nəticəsində Azərbaycan dövləti üçün ən taleyüklü bir çox sosial-iqtisadi məsələlər həll edilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara verilməsini və digər transmilli layihələrin bünövrəsinin qoyulmasını, dövlətimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasını, regionda aparıcı mövqelərə çıxmasını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəldilmiş möhtəşəm hərbi quruculuq və diplomatik fəaliyyət üzrə səyləri, ölkədə yoxsulluq səviyyəsinin 3 dəfədən çox azaldılmasını, son çadır şəhərciyinin ləğv edilməsini, Azərbaycanın iqtisadiyyatında müstəsna ikidəfəlik real artımı, onun keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını, xalqın rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını və s. işləri qətiyyətlə bunların sırasına aid etmək olar.

Müdrik xalqımız son beş ildə əldə olunmuş nailiyyətləri və tərəqqini, görülmüş işləri layiqincə qiymətləndirərək cənab İlham Əliyevi ikinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçmiş, bununla da xalqın rifahının təmin edilməsinə yönəlmiş siyasi-iqtisadi kursun növbəti illərdə də davam etdirilməsinə tam dəstək vermişdir.

Möhtərəm cənab Prezident!

2008-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatının inkişafı əlverişsiz xarici mühit şəraitində davam etmişdir. Belə ki, dünyanın aparıcı iqtsadi gücü sayılan Amerika Birləşmiş Ştatlarının qeyri-standart və riskli ipoteka kreditləri bazarında hələ 2007-ci ildə yaranmış problemlər bir sıra maliyyə-bank və əmlak bazarı qurumlarını iflasa düçar edərək, artıq 2008-ci ildə bütünlüklə ABŞ-da, sonradan isə Avropa və Asiya ölkələrndə kəskin maliyyə böhranına gətirib çıxarmışdır. Dünya maliyyə böhranı aparıcı iqtisadiyyatlarda maliyyə-bank sektorunu sarsıtmış, bir çox nəhəng maliyyə qurumlarının iflasa uğraması, tam və ya qismən milliləşdirilməsi ilə nəticələnmişdir. Maliyyə böhranının törətdiyi fəsadlar iqtisadiyyatın real sektoruna mənfi təsiri gücləndirmiş, iqtisadi artım templərinin aşağı düşməsinə və nəticə etibarilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə keçməsinə, istehlakın və tələbatın qlobal miqyasda kəskin enməsinə səbəb olmuşdur.

Təkcə onu göstərmək kifayətdir ki, 2008-ci ilin sonuna dünyanın aparıcı fond birjalarının indeksləri dəyərini ən azı 40 faiz itirmişdir. İnkişaf etməkdə olan ölkələrin fond birjalarına dəyən ziyan isə daha güclü olmuş və bu birjaların indeksləri 50-75 faiz arasında aşağı düşmüşdür. Qlobal tələbatın azalması səbəbindən dünya əmtəə bazarlarında da kəskin qiymət ucuzlaşması baş vermişdir. Bu baxımdan ötən müddət ərzində neftin qiymətinin 4 dəfə, əlvan və qara metalların və digər əmtəə mallarının qiymətinin isə 2-2,5 dəfə ucuzlaşması xüsusilə vurğulanmalıdır.

Bunların nəticəsində bir çox sənaye müəssisələri istehsal həcmini əhəmiyyətli dərəcədə azaltmış və ya tam dayandırmış, habelə, yük daşımalarının həcmi aşağı düşmüşdür. Tənəzzülün məntiqi nəticəsi olaraq həm maliyyə, həm də sənaye sektorunda çalışan işçilərin çoxsaylı ixtisarı qaçılmaz olmuşdur.

Dünyada baş verən maliyyə böhranı, istisnasız olaraq, bütün ölkələri, o cümlədən Azərbaycan iqtisadiyyatını da ciddi sınaqlarla üz-üzə qoymuşdur. 2008-ci il üzrə ölkəmizdə ümumi daxili məhsulun artım səviyyəsi ikirəqəmli olsa da, son iki ay ərzində iqtisadi artım tempinin azalması səbəbindən hesabat ilinin ortasında proqnozlaşdırıldığından aşağı olmuşdur.

2008-ci ildə qlobal böhranın fəsadları Azərbaycan iqtisadiyyatına sirayət etsə də, qeyd edilməlidir ki, ölkə Prezidentinin tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində böhranın mənfi təsirləri ötən il ərzində ölkə iqtisadiyyatında praktiki olaraq hiss olunmamışdır. Bununla belə, son təhlillər göstərir ki, artıq bütün dünya ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi böhran ehtimal edildiyindən daha dərin, sarsıdıcı və uzunmüddətli olacaqdır. Ən optimal ssenarilərə əsasən onun yalnız 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində başa çatacağı gözlənilir. Bu isə 2009-cu ildə böhranın ölkə iqtisadiyyatına təsirinin daha qabarıq olacağı ehtimalını gücləndirir.

Lakin, zənnimizcə, bu, hər hansı təşvişə düşməyi deyil, reallığı qəbul edərək böhran şəraitinə uyğun müvafiq iqtisadi siyasətin həyata keçirilməsini və davranış qaydalarına ciddi riayət edilməsini tələb edir. Belə ki, büdcədən maliyyələşən təşkilatlarda maliyyə nizam-intizamına diqqət artırılmalı, lüzumsuz xərclər, təxirə salına biləcək səfərlər, malalmaları, tədbirlər ixtisar olunmalıdır. Kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatı qənaətlə aparılmalıdır. Kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların və yanacağın dəyərinin vaxtında və tam ödənilməsi, fiskal orqanlar tərəfindən vergi və rüsumların dövlət büdcəsinə toplanması şəksiz təmin olunmalıdır.

Onu da qeyd etmək yerinə düşər ki, böhranın yaratdığı iqtisadi problemlərin universal həlli yolları mövcud deyildir. Başqa dövlətlərin təcrübəsi nəzərə alınsa da, onun bilavasitə təkrar edilməsi məqsədəuyğun hesab oluna bilməz. Böhrana qarşı görülən tədbirlər hər bir ölkənin iqtisadiyyatının özəl xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.

2008-ci ildə böhranla mübarizə məqsədi ilə dünyada həyata keçirilmiş tədbirlərin təhlili göstərir ki, xarici və daxili borcu az olan, eyni zamanda yüksək maliyyə-valyuta ehtiyatlarına malik olan ölkələr böhrana daha hazırlıqlı və dayanıqlı olmuşlar. Məhz buna görə həm Beynəlxalq Valyuta Fondunun, həm də dünyanın aparıcı reytinq agentliyi olan “Standart & Poors” şirkətinin qənaətlərinə görə, Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olması və dayanıqlılığı, habelə, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi siyasət respublikamızın dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf edəcəyinə zəmin yaradır. Ötən ilin dekabrında “Standart & Poors” şirkətinin Azərbaycana verdiyi reytinq də bunu təsdiqləyir.

Qeyd edilənlərə son illər ərzində Heydər Əliyev neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanda xarici valyuta ehtiyatlarının ildən-ilə artmasını, xarici və daxili dövlət borcunun səviyyəsini aşağı həddə saxlamaqla səlis idarə olunmasını əsas kimi göstərmək olar.

2009-cu ildə dövlət büdcəsi gəlirlərinin sabit icra edilməsində Dövlət Neft Fondunun müstəsna rolu olacaqdır. Belə ki, dünya bazarında neftin qiymətinin dəyişkənliyinə baxmayaraq, Neft Fondundan dövlət büdcəsinə manatla edilən transfertlər dövlət büdcəsində nəzərdə tutulmuş maliyyə öhdəliklərinin tam və şəksiz təmin edilməsinə, ilk növbədə pensiyaların, təqaüdlərin, sosial müavinətlərin, əmək haqlarının tam ödənilməsinə, ən vacib sosial əhəmiyyətli proqram və tədbirlərin maliyyələşdirilməsinə, habelə icrasına əvvəlki illərdə başlanılmış investisiya layihələrinin başa çatdırılmasına, qəbul edilmiş inkişaf proqramlarının həyata keçirilməsinə imkan verəcəkdir.

Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

İcazə verin, əminliyimi bildirim ki, cənab Prezident, Sizin rəhbərliyiniz altında Azərbaycan hökuməti zamanın çağırışlarına layiqli cavab verəcək, ölkəmizin maliyyə orqanları Azərbaycan xalqının rifahının təmin edilməsinə yönəldilmiş siyasi-iqtisadi kursunuzun 2009-cu ildə də əzm və peşəkarlıqla həyata keçirilməsində səylərini əsirgəməyəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib