Maltanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
Bakı, 5 aprel, AZƏRTAC
Maltanın yeni prezidenti Miriam Spiteri Debono parlamentin yekdil qərarından sonra ölkənin 11-ci prezidenti kimi and içib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, andiçmə mərasimi prezident iqamətgahı olan Vallettadakı Qrosmeysterlər Sarayında keçirilib.
Yetmiş bir yaşlı Spiteri Debono Malta prezidenti seçilən üçüncü qadındır. O, bu vəzifədə Corc Vellanı əvəzləyib. Prezident kimi ilk çıxışında vəd edib ki, parlamentdə cəmiyyətin bütün təbəqələrinin ədalətli təmsil olunmasını təmin edən seçki islahatları üçün çalışacaq.