“Mançester Yunayted” “Lester” klubunun müdafiəçisini 101 milyon avroya transfer etmək istəyir
Bakı, 17 iyun, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” digər ingilis klubu “Lester Siti”nin müdafiəçisi Harri Maquayrı transfer etmək niyyətindədir.
AZƏRTAC “Manchester Evening News” nəşrinə istinadla xəbər verir ki, “qırmızı şeytan”lar futbolçuya görə 101 milyon avrodan keçməyə hazırdır.
Həmçinin qeyd olunur ki, bu transfer reallaşarsa H.Maquayr ən bahalı müdafiəçisi kimi futbol tarixinə düşəcək. Hazırda ən bahalı müdafiəçi “Sauthemton” klubundan “Liverpul”a keçən Virjil van Deykdır (84,5 milyon avro).
Qeyd edək ki, Harri Maquayr 2018-ci ilin axırlarında “Lester Siti” klubu ilə illik 5,3 milyon avroluq yeni müqavilə imzalayıb. O, keçən mövsüm “Lester Siti”nin heyətində 32 dəfə meydana çıxıb və 3 dəfə qolla yadda qalıb. İngiltərə millisinə 2017-ci ildən çağırılan futbolçu 20 dəfə meydana əsas heyətdə çıxıb və 1 qolla meydanı tərk edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]