MASALLIDA GÜCLÜ YANĞIN BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Masallı rayonunun Kalinovka kəndində yaşayan Rəfayel Əliyevə məxsus 1 mərtəbəli dördotaqlı evdə güclü yanğın baş vermişdir.
Nəticədə ev əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğın söndürüldükdən sonra ev sahibinin qardaşı, 1957-ci il təvəllüdlü Həsənin yanmış meyiti tapılmışdır.
Hadisənin başvermə səbəbi və dəyən ziyan müəyyənləşdirilir.