MASALLILILAR BAYRAM SEVİNCİNİ YAŞAYIRLAR
AZƏRTAC xəbər verir ki, masallılılar 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü və Yeni il bayramınıı yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
Rayonun əmək kollektivlərində, təhsil, səhiyyə və məktəbəqədər uşaq tərbiyə müəssisələrində qarşıdan gələn bayramlarla əlaqədar keçirilən mərasimlərdə icra sturukturlarının, bələdiyyələrin və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri fəal iştirak edirlər.
Dekabrın 29-da rayon mədəniyyət evində keçirilən toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, Milli Məclisin deputatları Elmira Axundova, Əhəd Abıyev və başqaları çıxış edərək masallılıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etmişlər.
Toplantıda 2008-ci ildə istehsalatda, təhsil, səhiyyə və idman sahələrində fərqlənənlərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilmişdir.
Rayonun musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər.