MDB ÖLKƏLƏRİNƏ ƏRZAQ İDXALININ HƏCMİ QƏBUL OLUNMUŞ HƏDDƏN YÜKSƏKDİR
Ümumrusiya Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutunun direktoru, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının vitse-prezidenti İvan Uşaçev AZƏRTAC-ın müxbirinə təəssüflə bildirmişdir ki, Birlik ölkələrində əsas ərzaq növlərinin istehlak göstəricisi çox aşağıdır. Bu göstərici yalnız taxıl məhsulları (110 faiz) və kartof (97 faiz) üzrə yüksəkdir. İdxala gəldikdə isə, 2004-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə Birlik üzvlərinin bir çoxu MDB ölkələrindən idxalı genişləndirmişdir. Məsələn, bu ölkələrdən Azərbaycana təzə və təzə dondurulmuş balıq idxalı 15 faiz, kərə yağı idxalı 3,1 dəfə, bərk toxumlar idxalı 33 faiz, Belarusa buğda idxalı 2,4 dəfə, Rusiyaya kərə yağı 1,9 dəfə, şəkər xammalı 14 dəfə, ağ şəkər idxalı 2,3 dəfə artmışdır. Həmin dövrdə MDB ölkələrinin idxal-ixrac əməliyyatlarının həcmi 110-150 faiz artmışdır.
Alim onu da vurğulamışdır ki, bu əməliyyatlarda üçüncü ölkələrin payı hələ çox yüksəkdir. Bütün MDB ölkələri üzrə idxal orta hesabla 32 faiz təşkil edir. Bu sahədə dünyada qəbul olunmuş hədd isə 20 faizdir.