Meksika Ekvadorla diplomatik əlaqələri kəsdi
Bakı, 6 aprel, AZƏRTAC
Mexiko Kitodakı səfirliyinə hücumdan sonra Ekvadorla diplomatik münasibətləri kəsdiyini elan edib.
AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Meksika Prezidenti Andres Manuel Lopes Obrador bəyanatında Xorxe Qlasın həbsini “avtoritar hərəkət”, səfirliyə basqını isə “beynəlxalq hüququn və ölkə suverenliyinin kobud pozulması” adlandırıb.
Ekvador polisinin səfirliyə basqınını Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasının pozulması kimi qiymətləndirən Meksikanın xarici işlər naziri Alisia Barsena isə öz növbəsində hadisə zamanı bir neçə diplomatın yaralandığını vurğulayıb.
Qeyd edək ki, Ekvador polisi rüşvətxorluq və korrupsiyada ittiham olunan Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı diplomatik missiyasının binasına hücum edib. Ekvadorun sabiq vitse-prezidenti Qlas 2023-cü ilin dekabrında Meksika səfirliyinə sığınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]