Meksika səfiri: Beynəlxalq ictimaiyyətin bir parçası olaraq üstümüzə düşənləri etməyə hazırıq
Bakı, 2 mart, AZƏRTAC
Beynəlxalq forumun irəli sürəcəyi hər hansı bir təşəbbüs və ya səy bizim üçün yaxşı haldır.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero bu fikirləri AZƏRTAC üçün eksklüziv şərhində söyləyib.
Diplomat daha sonra deyib: “Meksika buraya Qoşulmama Hərəkatına müşahidəçi qismində gəlib. Lakin, biz ötən iki il ərzində rastlaşdığımız böhranların qarşısını almağa və ya beynəlxalq ictimaiyyətin bir parçası olaraq üstümüzə düşənləri etmək üçün bütün təşəbbüslərə qatılmağa hazırıq”.