Məntəqə sədri: Bizim seçki məntəqəsində bu gün altı nəfər ilk dəfə səs verəcək
Bakı, 1 sentyabr, AZƏRTAC
Milli Məclisə növbədənkənar seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsinin 23 saylı seçki məntəqəsində səsvermə prosesi demokratik şəkildə davam edir. Məntəqədə seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün hər cür şərait yaradılıb.
Bunu AZƏRTAC-a müsahibəsində 16 saylı Yasamal ikinci seçki dairəsinin 23 saylı seçki məntəqəsinin sədri Rəşad Cabbarov deyib.
Məntəqə üzrə 1401 seçicinin olduğunu söyləyən Rəşad Cabbarov dairə üzrə bu gün iki şəxsin 18 yaşının tamam olduğunu qeyd edib: “Məntəqə üzrə ilk dəfə səs verən seçicilərin sayı isə 6-ya bərabərdir. Ən yaşlı seçicinin 85 yaşı var. Hazırkı vaxtadək Özbəkistandan, Rusiyadan, Mərakeş Krallığından, Ukraynadan və ATƏT-dən olan beynəlxalq müşahidəçilər məntəqəmizdə səsvermə prosesini izləyiblər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
- 14.10.2026 [16:18]