Mərkəzi Bank 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsini dayandırıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) 13 fiziki şəxsə və 1 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, bu qərar sentyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabatın təqdim edilməməsinə görə dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]