Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
Məzahir Pənahovun sədrliyi ilə 2017-ci il iyulun 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda MSK sədri 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edib və onlara öz fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Komissiyanın 2017-ci il mayın 26-da keçirilmiş iclasının protokolu səsə qoyularaq təsdiq olunub.
Komissiyanın qərarı ilə MSK-nın 2016-cı il 29 aprel tarixli 3/10 saylı Qərarında dəyişiklik edilib.
İclasda, həmçinin 33 saylı Xətai birinci, 68 saylı Cəlilabad kənd və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsi müzakirə edilib və təklif olunan dəyişikliklər Komissiyanın qərarı ilə təsdiq olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]