“Məşğulluğa dəstək layihəsi” çərçivəsində növbəti təlim
Bakı, 6 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” çərçivəsində növbəti təlim təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlim müraciətlərə baxılması mexanizmi ilə bağlı olub. Beynəlxalq ekspert cəlb olunmaqla keçirilən təlimdə nazirliyin və tabeliyindəki DOST Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, “142” Çağrı mərkəzinin müraciətləri ilə işləyən əməkdaşları iştirak ediblər.
Müvafiq mövzuda məlumatlılığı artırmaq məqsədi daşıyan təlimdə müraciətlərin müəyyən olunmuş kateqoriyalar üzrə çeşidlənməsi, Dünya Bankının tələblərinə uyğun olaraq məlumatların təhlili və sairləri ilə bağlı məlumatlar təlim iştirakçılarının diqqətinə çatdırılıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb və həmin mexanizmin təkmilləşdirilməsinə dair müvafiq tövsiyələr verilib.