Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq ekoloji müsabiqədə təltif ediliblər
Bakı, 5 yanvar, AZƏRTAC
Mikrobiologiya İnstitutunun Torpaq mikrobiologiyası laboratoriyasının əməkdaşları dosent Samirə Nəcəfova və professor Nəriman İsmayılov Rusiya Təbiət Elmləri Akademiyasının keçirdiyi “EcoWorld-2022” beynəlxalq ekoloji müsabiqəsində medal və II dərəcəli laureat diplomu ilə təltif ediliblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, azərbaycanlı alimlər “Ekoloji siyasət və ətraf mühit” nominasiyasında “Azərbaycan ərazisində ixrac neft boru kəmərlərinin marşrutları boyunca yerləşən landşaftların komponentlərinin sistemli bioekoloji coğrafi təhlili və ixrac neft kəmərlərinin idarə edilməsi sahəsində” kitab və elmi məqalələrin nəşrlərinə görə təltif olunublar.