Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ BANKIN İDARƏ HEYƏTİNİN SƏDRİ ELMAN RÜSTƏMOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ötən 2008-ci il iqtisadi inkişaf və quruculuq tariximizdə çox uğurlu bir il kimi artıq öz yerini tutubdur. 2008-ci ildə də ölkə öz yüksək inkişaf dinamikasını və bu sahədə dünyada liderlik mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur.

Həyata keçirilən iqtisadi islahatların miqyası, dərinliyi və keyfiyyəti imkan vermişdir ki, ölkə dünyada bu sahədə də liderlik mövqeyinə çıxsın və özünü artıq yeni bir keyfiyyətdə - lider islahatçı dövlət kimi təqdim etsin. Nəhayət, bu nəticələr dünyada dərinləşən iqtisadi və maliyyə böhranı şəraitində əldə olunmuşdur. Mürəkkəb xarici risklər və çağırışlar şəraitində milli iqtisadiyyatımız ötən il yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirmişdir.

Bütün bunlar son beş ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan, dərin milli maraqlara əsaslanan, hərtərəfli düşünülmüş iqtisadi strategiyanın və iqtisadi siyasətin məntiqi nəticəsidir.

Möhtərəm cənab Prezident!

Qlobal iqtisadi böhran şəraitində milli iqtisadiyyat nəinki öz tarazlığını qorumuş, hətta qeyri-neft sektoru tarixdə ən yüksək - 16 faizə qədər artım sürəti nümayiş etdirmişdir. Ölkədə illik inflyasiya ötən ilə nisbətən bir qədər səngiməyə doğru getmişdir. Bildiyiniz kimi, ilin birinci yarısında bəzi beynəlxalq təşkilatlar ölkədə inflyasiyanın 25-27 faiz səviyyəsində olacağını proqnozlaşdırırdılar. Qlobal amillərin, o cümlədən daxili siyasətin nəticəsində inflyasiya səviyyəsi proqnozlaşdırılan səviyyədən aşağı - 20 faiz olmuşdur. Bu ilə olan inflyasiya isə təxminən 16 faiz səviyyəsindədir. Bu bizə bu ilin inflyasiya nəticələrinə nikbinliklə baxmağa imkan verir. Bizim hesablamalarımıza görə, bu il inflyasiyanın birrəqəmli səviyyəsinə nail olmaq realdır və biz bu nəticəni əldə etməyə çalışacağıq. Milli valyutanın məzənnəsi aparıcı valyutalara nisbətən sabit qalmışdır, manat dollara nisbətdə dəyərini 5 faizdən çox, avroya nisbətdə isə 9 faizdən çox möhkəmləndirmişdir. Bildiyiniz kimi, dünyanın bir sıra aparıcı ölkələrində valyuta məzənnəsində olduqca kəskin dəyişmələr var. Qonşu ölkələrdəki vəziyyət isə yəqin ki, hamıya yaxşı məlumdur.

Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici maliyyə mövqeyi daha da yaxşılaşmışdır. 2007-ci illə müqayisədə ölkənin ödəmə balansının profisiti 2 dəfə artmış, ilkin qiymətləndirməyə görə 18 milyard ABŞ dolları təşkil etmişdir. Halbuki, bir çox qonşu ölkələr ödəmə və xarici ticarət balansının kəskin pisləşməsi və ölkədən əhəmiyyətli kapital axını ilə üzləşibdir.

Ən ümumi makroiqtisadi göstərici olan adambaşına düşən ümumi daxili məhsulun həcminə və Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, manatın paritet qiymətlərində bu rəqəm 10000 ABŞ dolları səviyyəsinə çatmışdır.

Cənab Prezident, nominal rəqəm 6000 dollar, amma paritet qiymətlərdə 10 000 dollardır. Budur 2008-ci ilin əsas nəticələri və bütövlükdə beşillik bir dövrün başlıca yekunları.

Ölkə qlobal maliyyə-iqtisadi böhranını kifayət qədər hazırlıqlı qarşılamışdır. Beynəlxalq təşkilatların fikrincə, Azərbaycan iqtisadiyyatı böhrana davamlı ölkələrin aparıcı qrupundadır. Uğurla həyata keçirilən neft strategiyasından əldə edilən gəlirlər hesabına ölkənin etibarlı təhlükəsizlik “yastığı” formalaşmışdır. Bu “yastıq” ortamüddətli dövrdə ölkənin büdcə-valyuta sabitliyinin təmin edilməsi üçün yetərli səviyyədədir.

Ölkənin strateji valyuta ehtiyatları 18 milyard ABŞ dollarından artıqdır. Bu, dövlət borcundan 3 dəfədən çox, özəl sektorun da borcu nəzərə alınmaqla, məcmu xarici borcdan 2 dəfədən çoxdur. Ehtiyatlar qeyri-neft sektorunun əmtəə və xidmət idxalını 27 ay ərzində maliyyələşdimək üçün kifayət edir. Toplanmış ehtiyatlar hesabına ölkə ən kritik qlobal şəraitdə belə yaxın illər ərzində öz maliyyə ehtiyaclarını fasiləsiz ödəmək iqtidarındadır.

Bəzən belə bir fikir yürüdülür ki, milli iqtisadiyyatımızın nümayiş etdirdiyi sabitlik onun qlobal iqtisadiyyata nisbətən zəif inteqrasiyası ilə əlaqədardır. Fikrimizcə, bu fikir yanlışdır. Ölkə qlobal iqtisadiyyata kifayət qədər sıx inteqrasiya olunur. Məsələn, ölkənin xarici ticarət dövriyyəsi ÜDM-in 90 faizini təşkil edir. Ölkənin başlıca ixrac məhsulu olan neftin bir barrelinin qiymətinin 10 dolları həcmində tərəddüd etməsi ilə onun dəyəri 2,2 milyard ABŞ dollarıdır. Gördüyünüz kimi, bu olduqca yüksək inteqrasiya səviyyəsidir. Milli iqtisadiyyatımızın gücü onun zəif inteqrasiyasında deyil, potensialında və güclü tərəflərindədir.

2008-ci ildə bank sektoru da ciddi qlobal çağırışlarla üzləşmişdir. Əgər biz dünyada baş verən böhranın məntiqinə baxsaq görərik ki, o, başlıca olaraq maliyyə sektorundan başlayır, sonra real sektora, sosial sektora sirayət edir. İndi müşahidə etdiyimiz bir sıra ölkələrdə isə çox ciddi sosial və siyasi böhranlara keçir.

Azərbaycanın bank sektoru ötən ildə iki ciddi amillə üzləşmişdir. Bunların hər ikisi xarici aləmdən gəlmişdir. Birincisi, dünya maliyyə bazarlarında, ümumiyyətlə, pul bazarının birdən yoxa çıxmasıdır. Yəni, ilin birinci yarısında pul bazarında kifayət qədər təklif var idi və Azərbaycan bankları bundan əhəmiyyətli dərəcədə istifadə edirdilər. Birdən-birə bu bazar dayandı. İkincisi, təbii ki, biz psixoloji inteqrasiyadan, informasiya inteqrasiyasından danışmalıyıq. Azərbaycan vahid dünya informasiya məkanındadır. Dünyada maliyyə nəhənglərində baş verən hadisələr, onların müflisləşməsi, dövlət tərəfindən onların milliləşdirilməsi, təbii ki, Azərbaycanın maliyyə sektoruna, əmanətçilərə, bankların kreditorlarına və sahiblərinə də mənfi təsir göstərmişdir.

Cənab Prezident, bütün bunları nəzərə alaraq, 2007-ci ilin sonunda mən bank sektorundakı vəziyyəti Sizə məruzə edəndə, Siz bir sıra göstərişlər verdiniz. Bu göstərişlər başlıca olaraq, bank sektorundakı vəziyyətlə, oradakı olduqca yüksək artım sürəti ilə əlaqədar idi. Həyat göstərir ki, Sizin bu göstərişləriniz və onların həyata keçirilməsi, reallaşdırılması ona gətirib çıxardı ki, Azərbaycanın bank sektoru da böhrana yaxşı hazırlaşmış şəkildə daxil oldu. Sektor xarici bazarlardan 2,5 milyard dollara qədər zəmanətsiz kredit cəlb etmişdi. Bu, bütövlükdə öhdəliklərin 25 faizi səviyyəsində idi və biz bunu həmin səviyyədə sabitləşdirməyə nail olduq. Bir sıra ölkələrdə bu göstərici 70 faizə və bəzən ÜDM-in 90-100 faizinə çatmışdır. Məsələn, qonşu Qazaxıstan böhranın ən ilk başladığı dövlət idi. Biz bu təcrübəni nəzərə alaraq, çox konservativ səviyyədə borcu saxladıq və keçən il Azərbaycan bankları xarici borcların bir hissəsini - 1 milyard dollarını geri qaytardılar. Cari ildə də 1,5 milyard dollar qaytarılacaqdır. Artıq yanvarın ilk günlərində 100 milyon dollar qaytarılıb və bununla əlaqədar heç bir problem yoxdur.

Bir sıra qabaqlayıcı tədbirlər həyata keçirildi, banklara olan tələblər sərtləşdirildi. Lakin bu tələblər təkcə sərtləşdirmə istiqamətində deyildi. Bank sektoruna fəal yardım göstərildi. Bildiyiniz kimi, il ərzində Milli Bankın pul siyasəti yumşaldıldı, faiz dərəcələri bir neçə dəfə aşağı salındı. Biz məzənnə siyasətində dəyişkənliyi bank sektorunda, maliyyə sektorunda sabitliyin təmin edilməsinə yönəltdik və ehtiyat tələblərinin aşağı salınması nəticəsində banklara əlavə olaraq 400 milyon manatdan yuxarı, yəni yarım milyard dollara qədər likvid vəsait verildi. Bu, bütövlükdə vəziyyətin sabitləşməsində öz rolunu oynadı.

11 ayın nəticələrinə görə, iqtisadiyyata kredit qoyuluşu 46 faiz, əmanətlər isə 32 faiz artmışdır. Bunlar yaxşı göstəricilərdir. Bütövlükdə, bank sektorunun likvidlik səviyyəsi onun xarici borcu səviyyəsindədir. Bu da yaxşı sabitlik göstəricisidir. Amma bizi narahat edən bir məsələ son üç ayda bank sektorunda əsas göstəricilərin sabitləşməsidir. Bu əmanət bazasının sabitliyidir, o cümlədən kreditlərin verilməsinin sabitləşməsidir. Bildiyiniz kimi, son beş ildə bank sektoru bütün göstəricilərini 10 dəfə artırmışdır. Bu dövrdə ölkədə işgüzar fəallığın formalaşmasında bank sektoru olduqca fəal rol oynamışdır. Bu baxımdan biz hesab edirik ki, bütövlükdə, bankların təklif etdiyi xidmətlərdə, xüsusilə də kredit xidmətlərində müəyyən məhsulların azalması və yaxud da dayanması bir qədər həyəcanlı faktdır və mən 2009-cu ilin vəzifələrində bu məsələyə qayıdacağam.

İnflyasiyanın stabilləşməsini və xarici likvidlik mənbələrinin azalmasını nəzərə alaraq, Milli Bank maliyyə sabitliyini qorumaq üçün özünün pul-kredit siyasətində mühüm təshihlər etdi, faiz dərəcələrini yumşaltdı. Bu, bütün dünyada baş verir.

Bildiyiniz kimi, indi aparıcı ölkələrdə faiz dərəcəsi faktik olaraq sıfır səviyyəsindədir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Xarici çağırışlar və 2009-cu ilin əsas vəzifələri.

Cənab Prezident!

Siz öz giriş nitqinizdə artıq bu vəzifələrin bir neçəsini qeyd etdiniz. Bu gün bütün dünyada böhrandan çıxmağın metodologiyası, yolları axtarılır. Bu yaxınlarda Beynəlxalq Valyuta Fondu ilə məsləhətləşmələrimiz başa çatdı.

Cənab Prezident, bu günə qədər olan diskussiyalara baxmayaraq, BVF bizim seçdiyimiz inkişaf yolunun düzgünlüyünü faktik olaraq dolayısı ilə etiraf etmişdir. Onların əsas təklifi odur ki, bugünkü şəraitdə də xərc siyasəti, fəal infrastruktur quruculuğu, güclü sosial siyasət davam etdirilməlidir və Azərbaycanın böhrana girməməsi üçün ən optimal yol bundan ibarətdir. Bu gün yeni ABŞ Administrasiysının təqdim etdiyi planın quruluşuna, siyasi dizaynına baxsaq görərik ki, məhz belə bir inkişaf modeli təqdim olunub: infrastruktur, sosial siyasət, ictimai işlər və s.

Hesab edirəm ki, cari ildə də Azərbaycanın qarşısında duran vəzifə doğrudan da nadirdir. Yəni, başqa ölkələr böhrandan çıxmaq yollarını axtarır, bizim isə vəzifəmiz böhranın, xarici mənfi təsirlərin neytrallaşdırılması yolu ilə mövcud inkişaf xəttinin davam etdirilməsi əsasında böhrana girməməkdir. Bunun üçün kifayət qədər zəmin var, artıq mən bu haqda danışdım. Təsdiq olunmuş büdcə kifayət qədər fəal ictimai xərclərin həyata keçirilməsinə imkan verir. Bu, fəal infrastruktur layihələrinin həyata keçirilməsidir. Büdcədə 25 faizdən çox sosial xərclər nəzərdə tutulmuşdur.

Bütün hökumət üzvlərinin burada olmasını nəzərə alaraq, mən xüsusilə qeyd etmək istərdim ki, ötən illərdən fərqli olaraq, bu xərclərin çox vaxtında düzgün bölüşdürülməsi və iqtisadiyyata ötürülməsi olduqca vacibdir. Çünki, ötən illərdəkinə nisbətən bu il həmin xərclərin vaxtında başlanması, bu layihələrin vaxtında maliyyələşdirilməsi bütövlükdə ölkədə işgüzar fəallığın təmin edilməsi üçün olduqca əhəmiyyətlidir. Mən çox xahiş edərdim ki, məsələ üzərində işlər tezliklə tamamlansın.

Qalan başqa istiqamətlərə gəldikdə isə, cənab Prezident, onlar hamısı büdcədə var, amma fikrimcə, əlavə dəstək tələb edir. Bunlar hansılardır? Hesab edirəm ki, kiçik və orta sahibkarlığın əlavə maliyyəyə ehtiyacı var, onları ödəmək lazımdır. Biz bankar vasitəsilə sahibkarlarla görüşürük.

Bu, ölkədə məşğulluğu təmin edən ən başlıca sahələrdən biridir. Sizin həyata keçirdiyiniz siyasətdə, yəni məşğulluğun təmin olunması, bunun vasitəsilə sosial siyasət və işgüzar fəallıq siyasətində olduqca mühüm rol oynayır. Bu sahə olduqca zəif kapitallaşır və indi, xarici maliyyə mənbələrinin məhdudlaşdığı bir şəraitdə daxili maliyyə mənbələri vasitəsilə bu sektorın əlavə kapitallaşmağa, əlavə yardıma ehtiyacı var. Əmlak bazarındakı vəziyyəti xüsusi qeyd etmək istəyirəm. Tikinti sektorunda 300 mindən çox adam çalışır. Biz əmək və sosial müdafiə

naziri ilə fikirlərimizi bölüşürdük və təxminən bizim qiymətləndirməmizə görə, 200 min nəfər də bu sektorla əlaqədar sahələrdə çalışır. Yəni, bu, yarım milyon nəfərə qədər işçidir. Son beş ildə bu sektorun işgüzar fəallığı ümumi iqtisadi inkişafımızda, o cümlədən də işsizlik məsələsinin həllində xüsusi rol oynayıbdır.

Bu sektorda indi vəziyyət belədir ki, əmlak bazarında əhəmiyyətli dərəcədə təklif var. Bu təklif lazımi tələblə qarşılanmır. Bir sıra ölkələrin təcrübəsinə əsasən, biz ipoteka bazarının yeni formalarının axtarılması, onun kommersiyalaşdırılması istiqamətləri barədə düşünürük. Hesab edirəm ki, dövlət bu bazarın çox fəal iştirakçısı ola bilər. Bir sıra dövlətlərin təcrübəsində bu var. Bir sıra inzibati binaların, yaşayış evlərinin tikintisi var. Məsələn, bu vəsaitlərin bilavasitə bazara yönəldilməsi vasitəsilə bazarın sabitləşməsinə ehtiyac vardır.

Ərzaq təhlükəsizliyi proqramı üzrə hesab edirəm, kənd təsərrüfatını əlavə maliyyələşdirməyə ehtiyac var. Bu istiqamətdə bizi kənd maliyyələşdirilməsi bankının yaradılması üzərində düşünürük və mikrokreditləşmənin genişləndirilməsini planlaşdırırıq.

Cənab Prezident, indiki böhran milli dövlətçiliyimiz tarixində Azərbaycanın üzləşdiyi üçüncü böhrandır: 1993-1994-cü illərdə baş vermiş böhran, 1998-ci ildəki böhran və indiki qlobal bir böhran. Hər iki böhrandan Azərbaycan daha güclü çıxdı. Əgər bu böhranlardan sonrakı iqtisadi inkişaf tariximizə baxsaq, görərik ki, hər bir böhrandan Azərbaycan daha ambisiyalı bir inkişaf proqramı ilə, böyük nailiyyətlərlə çıxıbdır.

İcazə verin, əmin edim ki, Sizin rəhbərliyiniz altında, Sizin siyasi iradənizə əsaslanaraq, Azərbaycan bu qlobal çağırışlara da layiqli cavab verəcək, öz inkişaf yolundan dönməyəcək və bunu daha da möhkəmləndirəcək və özünün qlobal imicini daha da yaxşılaşdıracaqdır.

Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib