MİLLİ BANKIN VALYUTA EHTİYATLARININ HƏCMİ 846,7 MİLYON DOLLARA ÇATMIŞDIR
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, dünya bazarlarının əlverişli vəziyyəti və neft gəlirlərinin fəal istifadəsi şəraitində yanvar–sentyabr aylarında Milli Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 142,4 milyon ABŞ dolları təşkil etmişdir. Nəticədə Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi 846,7 milyon dollara çatmışdır. Beynəlxalq Valyuta Fondunun kreditləri üzrə ödənişlər nəzərə alınmaqla, ilin əvvəli ilə müqayisədə valyuta ehtiyatlarındakı nisbi artım 138 milyon dollardan çox olmuşdur. İlin sonunadək isə ehtiyatların 850 milyon dolları ötəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]
“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
- 05.10.2026 [11:59]