Milli Məclisin deputatı Avropa Şurasının seminarında iştirak edəcək
Bakı, 7 aprel, AZƏRTAC
Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının seminarında iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən seminar beynəlxalq idman yarışlarında iştirak edən atletlərin viza ilə təmin olunması məsələsinə həsr olunub. Tədbirdə idmançılar üçün viza prosedurunun asanlaşdırılması, Şengen zonası ölkələrində tətbiq olunan viza qaydaları ilə bağlı müzakirələr aparılacaq.
Deputat müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq.
Səfər aprelin 9-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]