MİLLİ MƏCLİSİN DEPUTATLARI GÜRCÜSTANDA SƏFƏRDƏ OLACAQLAR
Bakı, 18 noyabr (AZƏRTAC). Azərbaycan Parlamentinin deputatları Lalə Abbasova və Elmira Axundova Cənubi Qafqaz üzrə VI Media Konfransında iştirak etmək üçün noyabrın 18-dən 21-dək Gürcüstanda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, deputatlarımız Tbilisidə keçiriləcək tədbirdə müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədəki təcrübəsi, eləcə də yeni görülən işlər barədə tədbir iştirakçılarına məlumat verəcəklər.