Milli Məclisin deputatları Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Daşkəndə gəliblər
Daşkənd, 19 dekabr, AZƏRTAC
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Aydın Abbasov və Etibar Hüseynov Özbəkistan parlamentinin aşağı palatası-Ali Məclisin Qanunvericilik Palatasına keçiriləcək seçkiləri müşahidə etmək üçün Daşkəndə gəliblər.
Dekabrın 21-də keçiriləcək seçkilərin gedişini 40-dan artıq ölkədən və beynəlxalq təşkilatlardan müşahidəçilər izləyəcəklər.
Eldar İbrahimov və Aydın Abbasov seçki prosesini Daşkənddə, Etibar Hüseynov isə Səmərqənddə müşahidə edəcəklər.
Hazırda deputatlar seçkilərə hazırlığın vəziyyəti ilə tanış olurlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]