Milli Məclisin deputatları Özbəkistanda ümumxalq referendumunu müşahidə edəcəklər
Bakı, 25 aprel, AZƏRTAC
Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, deputatlar “Heydər Əliyev İli” çərçivəsində Daşkənd Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində təşkil olunacaq “Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı, qurucusu, Azərbaycan-Özbəkistan dostluq və strateji əməkdaşlığının əsasçısı” adlı beynəlxalq konfransda iştirak edəcəklər.
Səfər çərçivəsində deputatlardan Cavanşir Paşazadə Milli Məclisin, Ağalar Vəliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA), Malik Həsənov isə MDB Parlament Assambleyasının xətti ilə Özbəkistan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq referendumunu müşahidə edəcəklər.
Səfər mayın 2-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]