Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin iclasında Hesablama Palatasının hesabatı dinlənilib

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclasın gündəliyini təqdim edib. Gündəliyə 19 məsələ daxil idi.

Əvvəlcə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci il Azərbaycan Respublikası üçün əlamətdar illərdən olub. Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqın etimadını bir daha qazanaraq prezident seçkilərində parlaq qələbə qazandığı, Şərqdə ilk respublikanın yaranmasının 100 illik yubileyinin, ordunun və parlamentin 1 əsrlik yaşının qeyd edildiyi il olub.

2018-ci ildə Hesablama Palatasının da tarixində mühüm hadisə baş verib, müasir çağırışlara cavab vermə imkanı yaradan yeni qanun qəbul edilib. Bu qanunun qəbulu vəzifələrimizi, səlahiyyətlərimizi genişləndirmək və dəqiqləşdirməklə dövlət vəsaitlərinin icrasına nəzarət sahəsində yeni yanaşmaların tətbiqi üçün hüquqi bazanı formalaşdırıb və bərabər olaraq məsuliyyətimizi də dəfələrlə artırıb. Həmçinin 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dövlət büdcəsinin vəsaitlərinin icrası ilə bağlı təqdim edilən hesabatların sayının artırılması və dövrlüyünün müəyyən edilməsi məqsədini güdən iki qayda da qəbul edilib.

2018-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən fəaliyyətin hər bir istiqaməti üzrə qanunvericiliyin tələbinə uyğun olaraq hesabat tərtib edilib. Bu hesabatda 2018-ci ildə Hesablama Palatasının əsas fəaliyyət göstəricilərinə dair mühüm informasiyalar, o cümlədən nəzarət fəaliyyətinin nəticələri və bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər, beynəlxalq audit standartlarına keçidin təmin edilməsi məqsədilə hazırlanmış metodoloji təlimatlar, hökumət və hüquq-mühafizə orqanları ilə şəffaflığın və hesabatlılığın təmin edilməsi barədə əməkdaşlıq, kadrların inkişafı üzrə və beynəlxalq fəaliyyətlər barədə məlumatlar yer alıb.

Hesablama Palatasının sədri qeyd edib ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət tədbirinin, o cümlədən 53 auditin və 5 təhlilin nəticələrinə dair Kollegiya qərarları qəbul edilib, 1 tədbir növbəti ilə keçirilib və 1 tədbirin nəticələri hesabat dövrünədək yekunlaşdırılmayıb. Başa çatdırılmış 53 auditdən 3-ü “Dövlət sirri haqqında” Qanunun tələblərinə uyğun olaraq hüquq-mühafizə orqanlarında məxfi qaydada aparılıb, 5 tədbirlə isə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti əhatə olunub. Audit tədbirləri ilə ümumilikdə 9,2 milyard manat vəsait əhatə olunub ki, bunun 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil edib. Ümumilikdə hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləğ əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olub. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 milyard manat məbləğinin təqribən tən yarısı 2017-ci il, 21,1 faizi 2018-ci il üzrə xərcləri, qalan 28,2 faizi isə 2016-cı ilədək icra edilmiş vəsaitləri təşkil edib. 2018-ci ildə Hesablama Palatası ilk dəfə olaraq Dövlət Neft Fondunun büdcəsinin icrasına dair rəy hazırlayıb, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə müəyyən edildiyi qaydada Fondun Müşahidə Şurasına təqdim edilib. Dövlət büdcəsindən maliyyələşən və xüsusi maliyyə yükünə malik olan on təşkilatın maliyyə hesabatı ətraflı təhlil olunub və təhlillərlə müəyyən edilmiş iradların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün həmin qurumlara göndərilib.

Maliyyə inzibatçılığı sahəsində mövcud olan xarakterik nöqsanların və təsiredici meyillərin müəyyən olunması məqsədilə hesabat ilində başa çatdırılmış 53 auditlə aşkarlanmış nöqsanlar təhlil edilib. Son illərdə tərəfimizdən normativ hüquqi aktların tələblərinə riayət edilməmə halları 8 istiqamət üzrə təsnifləşdirilir. 2018-ci ildə həmin istiqamətlər üzrə ümumilikdə 714 halda nöqsan müəyyən edilib. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,6 faiz çoxdur. Lakin 2017-ci ildə auditlərin sayının hesabat ilinin göstəricisi ilə müqayisədə 8,2 faiz az olduğunu nəzərə alsaq, bir tədbirlə müəyyən edilmiş nöqsanların orta sayının azalma meyilli olduğunu deyə bilərik. Bu, maliyyə idarəetmə strukturunda aparılmış siyasətin, maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində atılan addımların, dövlət vəsaitlərinin istifadəsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə aktiv fəaliyyətin ilk nəticələridir. Müşahidə edilən meyillərdən biri də maliyyə və prosedur xarakterli pozuntular arasındakı nisbətin dəyişməsidir. Belə ki, prosedur pozuntularının maliyyə xarakterli pozuntulara nisbətən üstünlük təşkil etməsi qeyd edilməli müsbət meyillərdəndir.

Nəticələr üzrə aparılmış təhlillər göstərir ki, auditlə aşkar edilmiş nöqsanların orta göstəricisində kiçik də olsa azalma müşahidə olunsa da, ümumilikdə bu nöqsanlar arasında xüsusi çəkisi böyük olan istiqamətlər son illərdə dəyişməz qalıb. Belə ki, büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsi sahəsində, dövlət satınalmalarının keçirilməsində, həmçinin mühasibat uçotunun təşkili və hesabatlılığın təmin olunmasında müəyyən edilmiş nöqsanlara 2018-ci ildə də nisbətən daha çox rast gəlinib.

V.Gülməmmədov söyləyib ki, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul edilmiş Auditin Təməl Prinsipləri barədə Lima Bəyannaməsi fərdi hallarda təshihedici tədbirlərin həyata keçirilməsini, müvafiq işçilərin öz məsuliyyətini dərk etməsini, qanun pozuntularının aradan qaldırılmasını və ən azı məhdudlaşdırılmasını təmin etməyi dövlət auditi həyata keçirilən qurumlar qarşısında bir məqsəd olaraq təsbit edib. Bu baxımdan da Hesablama Palatasının qəbul etdiyi Kollegiya qərarlarında nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də əks olunur.

Hesablama Palatası tərəfindən 2018-ci ildə aparılmış fəaliyyətin nəticəsi olaraq, yalnız manat ifadəsində dövlət büdcəsinə, qurumların hesabına və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ümumilikdə 23,2 milyon manatın bərpası təmin edilib. Bununla yanaşı, 5,5 milyon manat dəyərində malların alınması və işlərin görülməsi natural qaydada bərpa olunub və 922,5 min manat vergi məbləğinin dövlət müəssisəsinin dövlət büdcəsinə artıq ödəmələri hesabına əvəzləşdirilməsi təmin edilib. Əldə olunan nəticələrin müəyyən hissəsi dövlət vəsaitlərinin gələcək illərdə səmərəli və qənaətli istifadəsinə xidmət edəcək. Belə ki, artıq saxlanılmış ştatların ləğv edilməsi, artıq maliyyələşmə məbləğlərinin, həmçinin müqavilə məbləğlərinin azaldılması, lüzumsuz debitor borcların ləğv edilməsi bu istiqamətdə növbəti illərdə artıq xərclərin baş verməsinin qarşısını alıb.

Qeyd edilib ki, Auditin Təməl Prinsipləri barədə Lima Bəyannaməsi auditi tənzimləyici sistemin tərkib elementi kimi müəyyən etməklə maliyyə inzibatçılığının qanunilik, səmərəlilik, təsirlilik və qənaətlilik prinsiplərinin pozulmasını və qəbul edilmiş standartlardan kənarlaşmaların qabaqcadan aşkar edilməsini kənar dövlət maliyyə nəzarəti orqanları qarşısında bir məqsəd olaraq qoyub. Məhz nöqsanların qabaqcadan müəyyən edilməsi Ali Audit qurumları qarşısında vəsaitlərin proqnozlaşdırılması, icrası sahəsində normativ hüquqi aktlarda aşkar olunmuş boşluqlar, təkrarçılıq və çatışmazlıqlar, həmçinin büdcə vəsaitlərinin daha qənaətli və səmərəli istifadəsinə xidmət edən təkliflərin hazırlanmasını nəzərdə tutur. Hesablama Palatası hesabat ilində bu sahədə bir neçə istiqamət üzrə addımlar atıb. Belə ki, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə və icrasına dair hazırlanmış rəylərdə 111 tövsiyə əks etdirib. Həmçinin 2018-ci ildə nəzarət tədbirlərinin nəticəsi olaraq formalaşmış 6 təklif Nazirlər Kabinetinə təqdim olunub.

Hesabat ilində əvvəlki illərdə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflər əsasında aktuallığını qoruyan və xüsusi əhəmiyyət kəsb edən 21 təklif yenidən təqdim olunub. Həmin təkliflərin 67,0 faizi qəbul edilərək müvafiq dəyişikliklər həyata keçirilib və ya normativ hüquqi aktların layihələri hazırlanıb. Hesabat ilində korrupsiya əleyhinə mübarizə istiqamətində müvafiq qurumlarla sıx əməkdaşlıq davam etdirilib. 2018-ci ildə aparılmış nəzarət tədbirlərindən 9-u üzrə müvafiq məlumatlar aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Həmin tədbirlərdən 4-ü inzibati xəta xarakterli, 5-i isə cinayət xarakterli olub.

Palata sədri diqqətə çatdırıb ki, hesabat ilində Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti orqanları qarşısında qoyulan əsas tələblərdən biri - fəaliyyəti ilə bağlı hesabat vermə tələbinin icrası istiqamətində tədbirlər də həyata keçirib. Nəzarət fəaliyyətini əhatə edən tədbirlər üzrə hesabatların, əməkdaşlarımızın dövlət auditi sahəsində apardığı təhlillərin əks etdirildiyi “Dövlət auditi” bülleteninin 4 nömrəsi çapdan çıxıb və 16 nəzarət tədbiri barədə geniş Auditor Hesabatı dərc edilib. 2018-ci ildə vətəndaş müraciətləri 2017-ci illə müqayisədə çox olub. Müraciətlərin 69,1 faizi Hesablama Palatasının nəzarət fəaliyyəti ilə bağlı təkliflərdən ibarət olub. Hesabat ilində vətəndaşların müraciət etdiyi 3 məsələ nəzarət tədbiri zamanı vətəndaşın iştirakı ilə araşdırılıb və müvafiq addımlar atılıb.

Müzakirələrdən sonra hesabat deputatlar tərəfindən məqbul hesab olunub.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verən əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, bu sənəd “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar təqdim olunur. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.

Sonra Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Hər iki sənəd ayrı-ayrı səsverməyə qoyularaq qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. O deyib ki, nəzərdə tutulan dəyişikliklər fitosanitar nəzarəti və dövlət fitosanitar xidməti sahələrində fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və qarşılıqlı əməkdaşlıq əlaqələri ilə bağlı məsələləri nəzərdə tutur. Belə ki, “Fitosanitar nəzarəti haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, fitosanitar nəzarəti sahəsində səlahiyyətlər Qida Təhlükəsizliyi Agentliyinə, dövlət fitosanitar xidməti sahəsində səlahiyyətlər isə Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunur.

Qeyd edilib ki, “Fitosanitar nəzarəti haqqında” Qanuna 2018-ci il fevralın 23-də edilmiş dəyişikliklərə əsasən, sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda, digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan edən 10.0.5-ci maddə ləğv edilib. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin həmin xətalara görə məsuliyyəti nəzərdə tutan 288.0.1-ci maddəsinin də ləğv edilməsi təklif olunur. Sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, həmin məcəllələrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) ilə bağlı müvafiq dəyişikliklər edilir. ƏMTQ-nin əsas məqsədi qeyd olunan qanunun əlavəsində göstərilən fəaliyyət həyata keçirilərkən ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkara çıxarılması, onların aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin görülməsidir. Bunun üçün həmin sahələrə dair strateji ekoloji qiymətləndirmə sənədinin hazırlanması və həmin sənədin dövlət ekoloji ekspertizasının keçirilməsi də layihələrdə əksini tapıb.

Qeyd olunub ki, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” və “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” məsələlər də eyni mahiyyəti daşıyır.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə də baxılıb. Bildirilib ki, ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulduğu hallarda təqsirli olan şəxslərin məsuliyyət məsələsi həmin məcəllənin 275-ci maddəsinə edilən dəyişikliyə əsasən tənzimlənəcək. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Sonra Əmək, Vergi, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb. Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Bildirilib ki, təklif olunan bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə və dəqiqləşdirilməsinə xidmət edir.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsində, Mülki, Vergi, Mənzil, Gömrük məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda nəzərdən keçirilib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiq edilib.

Komitə sədri Ziyad Səmədzadə “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, dəyişikliklər “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2018-ci il 4 may tarixli qanunun icrası məqsədi ilə hazırlanıb. Qanun layihəsinə görə, sahibkarlıq subyektləri mühasibat uçotunu aparmalı, maliyyə, habelə statistik hesabatlarını tərtib və təqdim etməlidirlər. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda, həmçinin “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

“Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda nəzərdən keçirilib. Bütün məsələlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı