MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda Şəki və Yevlax şəhərlərində regional televiziya kanallarının açılması barədə məsələ müzakirə edilmişdir. Şuranın qərarı ilə Şəki və ətraf rayonlarda yayımlanması planlaşdırılan 53-cü tezliyi, habelə Yevlax və ətraf rayonlarda yayımlanacaq 57-ci tezliyi tutmaq üçün müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti və şərtləri barədə kütləvi informasiya vasitələrində əlavə məlumat veriləcəkdir.