Mingəçevirdə turizmin inkişaf planı hazırlanmışdır
Mingəçevir, 10 fevral (AZƏRTAC). “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” Mingəçevir şəhərində uğurla icra edilir.
AZƏRTAC xəbər verir ki, Mingəçevirdə turizm sektorunun inkişaf perspektivləri ilə bağlı məsələ şəhər icra hakimiyyəti başçısı yanında şurada müzakirə edilmiş və bu sahənin inkişaf planı hazırlanmışdır.
Plana uyğun olaraq şəhər icra hakimiyyətinin yeni internet saytı yaradılmışdır. Saytda Mingəçevirin tarixi, bu günü və gələcək inkişaf perspektivləri, şəhərin turizm potensialı ilə bağlı materiallar və fotoşəkillər öz əksini tapmışdır.
Cari ilin ölkəmizdə “Turizm ili” elan edilməsi ilə əlaqədar şəhər ekskursiya və səyahətlər bürosunun fəaliyyəti gücləndirilmiş, turistlərin hərəkətini asanlaşdırmaq üçün Mingəçevirin turizm xəritəsi işlənib hazırlanmışdır. “Turizm ili”ndə Kür çayının, Mingəçevir su anbarının, şirin sulu çimərliyin imkanlarından daha səmərəli istifadə edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]