Mircabbar Seyidov: Karateçilərimizin II Avropa Oyunlarına hazırlığı yüksək səviyyədədir
Bakı, 10 iyun, Leyla Qurbanova, AZƏRTAC
İkinci Avropa Oyunlarında mübarizə aparacaq karateçilərimizin hazırlığı yüksək səviyyədədir. İdmançılarımızın hər birinin medal qazanmaq şansı var. Düşünürəm ki, komandamız “Minsk 2019”da iki qızıl, iki gümüş, bir bürünc medal qazanacaq.
Bu sözləri Azərbaycan Milli Karate Federasiyasının baş katibi, Əməkdar məşqçi Mircabbar Seyidov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Milli komandamızın bu günlərdə Şanxayda keçirilmiş Karate 1 Premyer Liqa turnirində iki medal qazandığını deyən baş katib qeyd edib: “Karate 1 Premyer Liqa turnirində dünyanın ən güclü karateçiləri çıxış edirlər. Təmsilçilərimiz Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) mötəbər turnirdə üçüncü yeri tutaraq müxtəlif reytinq cədvəllərində mövqelərini də möhkəmləndiriblər. Komandamız güclü yığmalardan biridir. Kişi idmançılarımız hər çəki dərəcəsində “Top-50”yə daxil olmağı bacarırlar. Ən güclü qadın karateçilərin siyahısında da təmsilçilərimiz yer alırlar”.
Baş katib karateçilərimizin ikinci Avropa Oyunlarına hazırlıq çərçivəsində təlim-məşqlərinin davam etdiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]