Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mişel Baçelet: İqlim dəyişikliyi insan haqlarına ən ciddi təhlükədir

Mişel Baçelet: İqlim dəyişikliyi insan haqlarına ən ciddi təhlükədir

Bakı, 10 dekabr, AZƏRTAC 

Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində bəyanatla çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali komissarı Mişel Baçelet vurğulayıb ki, iqlim böhranı bu gün bəşəriyyətin ən böyük problemidir, çünki insanın ən təməl haqqını - yaşamaq hüququnu əlindən alır. O, siyasətçilərə xəbərdarlıq edib ki, hazırkı və gələcək nəsillərin həyatı məhz onların fəaliyyətindən, yaxud fəaliyyətsizliyindən asılıdır.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsində yazılmış “Bütün insanlar azad, bərabər hüquqlarla və ləyaqətlə doğulur. Onlara ağıl və vicdan verilib və bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar” sözlərini sitat gətirən Ali komissar əlavə edib ki, iqlim sahəsində fövqəladə vəziyyət İkinci Dünya müharibəsindən sonra dünyada insan haqlarına yaranan ən böyük təhlükə ola bilər. Onun sözlərinə görə, artıq iqlim dəyişikliyinin təsiri həyatın bütün sahələrində - yaşamaq hüququndan, səhiyyədən, qidalanmaqdan, su ehtiyatlarından və mənzil hüququndan tutmuş ayrı-seçkilikdən azad olmaq haqqına, inkişafa və öz müqəddəratını təyin etməyə qədər bir çox məsələlərdə özünü göstərir. Lakin iqlim dəyişikliyi ən çox gələcək nəsillərin həyatına təhlükə törədir. Məhz bu səbəbdən bu gün bir çox uşaq, yeniyetmə və gənclər ətraf mühitin mühafizəsi uğrunda çıxış edir və yaxınlaşan fəlakət haqqında daha gur danışırlar. M.Baçelet deyib: “Bu gənclər tamamilə ədalətli olaraq bildirirlər ki, onların və hələ dünyaya gəlməmiş körpələrin həyatı təhlükə altındadır. Yaşlı nəslin hərəkətlərinin və ya hərəkətsizliyinin acısını da məhz onlar çəkməyə məcbur olacaqlar. Ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə planetimizin taleyi bu gün dövlətlərə və kommersiya strukturlarına başçılıq edən və qərarlara imza atanlardan asılıdır. Biz elə etməliyik ki, gənclərin səsi eşidilsin”.

Ali komissar xatırladıb ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi hər kəsin hüquqlarının müdafiəsini, o cümlədən gələcək nəsillərin “heç nəyin onların ləyaqətinə və hüquqlarına təhlükə törətməyəcəyi ədalətli bir cəmiyyətdə yaşamaq” haqqını nəzərdə tutur.

Mişel Baçelet vurğulayıb ki, heç bir ölkə ayrı-ayrılıqda fövqəladə iqlim vəziyyətinin nəticələrini aradan qaldıra bilməyəcək. Artıq bu gün təbii fəlakətlər, quraqlıq və daşqınlar nəticəsində insanlar evlərini, yaşamaq üçün təbii qaynaqları itirir və bir çoxları yurdlarını tərk etməli olurlar. Bərabərsizlik getdikcə dərinləşir. Ən mühüm olanı isə, təcavüzkar millətçilik və ani maliyyə maraqları ilə həyata keçirilən heç bir tədbir iqlimin dəyişməsinin qarşısını ala bilməyəcək. Bu cür səylər nəinki vəziyyəti yaxşılaşdırmayacaq, hətta onu daha da pisləşdirəcək. “İqlim ədaləti uğrunda mübarizə və insan hüquqları heç də siyasi mübahisə mövzusu deyil. Söhbət sol və ya sağ təmayüllərdən getmir, əsas məsələ xeyirlə şər arasında olan seçimdir”, -deyə Baçelet əlavə edib.

İqlim dəyişikliyi milyonlarla insanı bərbərsizlik və repressiyalara qarşı etiraz edərək küçələrə çıxmağa vadar edən yeganə səbəb deyil. Baçelet onları “insan hüquqlarının canlı nümunəsi” adlandırıb: “Bu insanların cəsarəti, zehin aydınlığı və prinsipiallığı mənə ilham verir, bəzən həqiqətən çox gənc insanlar hökumətlərdən buraxılan səhvlərin düzəldilməsi, azadlıq və ədalətin tam şəkildə təmin edilməsi tələbləri ilə mübarizəyə qalxırlar”.

Ali komissar daha sonra deyib: “Ötən il 70 illiyi qeyd edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edilib ki, bizim hər hansı ayrı-seçkilik formasından azad şəkildə yaşamaq hüququmuz var. Bizim təhsil, səhiyyə, iqtisadi imkanlar və layiqli həyat tərzi üzrə hüquqlarımız olmalıdır. Hamımızın həyatımıza təsir edən qərarların qəbul edilməsində iştirak etmək hüququmuz var. İnsan haqlarının qiymətsiz olduğu bir dünya orta əsrlərə geri qayıdır. Bu şəraitdə iqtidar heç bir əxlaqi və hüquqi məhdudiyyətlər olmadan hakimiyyətdən məhrum olmuş insanların hesabına varlana bilər”.

Baçelet qeyd edib: “Yer kürəsinin bütün guşələrində insanlar qüvvələrini səfərbər etməli və qətiyyətlə, lakin dinc yolla hər kəsin öz hüququndan istifadə edə biləcəyi, öz ləyaqətini qoruyacağı və öz seçimini edəcəyi dünya uğrunda mübarizə aparmalıdırlar. 1948-ci ildə həmin bəyannaməni qəbul edənlər bu konsepsiyanın mahiyyətini yaxşı başa düşürdülər. Bu gün qərar qəbul edənlər onu anlayırmı?”

Ali komissar dünya liderlərini dar çərçivədə milli və siyasi maraqlarını bir kənara qoymağa, gələcəyə aydın baxmağa və Yer kürəsinin bütün sakinlərinin, o cümlədən özlərinin və xələflərinin rifahı naminə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı ADEX-2026 sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib