Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb VİDEO

Kişineu, 19 may, AZƏRTAC

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəbinin Avropada tanıdılması məqsədilə Kişineu şəhərindəki Moldova Milli Tarix Muzeyində Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, “Gözəlliyin harmoniyası” adlı sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub. Tədbirdə Moldova dövlət qurumlarının nümayəndələri, moldovalı deputatlar, xarici səfirliklərin diplomatları, diaspor fəalları, şəhər sakinləri iştirak ediblər.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxışında bildirib ki, Azərbaycan xalçası dünya mədəniyyətinin ən böyük sərvətlərindən biridir. Azərbaycan xalçaçılığı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsi kimi tanınan bədii sənətkarlığın ən qədim növlərindən biridir.

“Müasir Azərbaycan xalçaçılığının inkişafını dövlət dəstəyi və mədəni irsin qorunmasına strateji yanaşma olmadan təsəvvür etmək mümkün deyil. Bu prosesdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var. Onların diqqət və səyi nəticəsində xalçaçılıq mədəniyyət sahəsində prioritet dövlət siyasəti səviyyəsinə yüksəlib, bütün ölkədə xalça mərkəzləri yaradılıb və müasirləşdirilib, ənənəvi məktəblər dirçəldilib, Azərbaycan Milli Xalça Muzeyi yaradılıb”, - deyə səfir əlavə edib.

Moldovanın mədəniyyət naziri Sergiu Prodan çıxışında qeyd edib ki, bu sərgi sadəcə bədii təqdimat deyil, ölkələrimiz arasında səmimi və perspektivli dialoqun göstəricisidir. Mədəniyyət xalqlar arasında ən davamlı körpüdür.

“Bu gün nümayiş etdirilən xalçalar, sadəcə, bəzək əşyaları deyil, onlar diqqətlə işlənmiş hekayələr, ənənələrin, kollektiv yaddaşın, Azərbaycan milli kimliyinin əks-sədasıdır. Hər motiv, hər rəng, hər ilmə dərin məna, nəsildən-nəslə ötürülən dəyər daşıyır”, - deyə nazir vurğulayıb.

"Azərxalça" ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxışında iki ölkə arasında mədəni mübadilənin vacibliyini qeyd edib, sənətin sərhəd tanımadığını və insanların mənsubiyyətindən asılı olmayaraq bir-birini birləşdirdiyini vurğulayıb. 100 illik “Azərxalça” ASC tarixindən söz açan sədr bildirib ki, qurumun tarixi boyunca ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğat və təşviqatı olub. Emin Məmmədov çıxışında mayın əvvəlində Bakıda keçirilən, dünyaya səs salan Beynəlxalq Xalça Festivalından, sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalardan da danışıb. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra tədbirdə çıxış edən muzeyin direktoru Eudjen Sava, Moldova Parlamentinin deputatı, Azərbaycanla Dostluq Qrupunun sədri Vitali Yakot sərginin əhəmiyyətindən danışıblar.

Daha sonra Azərbaycan dövləti adından Moldova Milli Tarix Muzeyinə iki milli xalçamız hədiyyə olunub.

Tədbir Azərbaycan milli musiqisinin təqdimatı ilə başa çatıb.

Tədbirdən sonra "Azərxalça" ASC İdarə Heyətinin sədri Emin Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, Beynəlxalq Muzeylər Günündə Moldovanın nüfuzlu muzeyində Azərbaycan xalçalarının sərgisinin açılması olduqca əhəmiyyətlidir. “Sərgidə Azərbaycandan gələn toxucu da var. Sərginin açılışından əvvəl ustad dərsləri də keçirilib. Muzeyin rəhbərliyinin açıqlamasına görə, bu müddətdə muzeydə 10 min 600-dən çox ziyarətçi olub. Burada iştirak edən hər bir kəs Azərbaycan mədəniyyətinin bir parçasını aparır”, - deyə Emin Məmmədov əlavə edib.

Tədbirlə bağlı fikirlərini bölüşən Moldova Milli Tarix Muzeyinin direktoru Eudjen Sava AZƏRTAC-a açıqlamasında bildirib ki, digər xarici ölkələrdə də nüfuzu ilə tanınan Azərbaycan xalçalarının Moldovada sərgisi ilk dəfə təşkil olunur. Bu cür sərgilərin keçirilməsi Moldova ilə Azərbaycan arasında etnik, mədəni əlaqələrin möhkəmləndirilməsində olduqca vacibdir. “Azərbaycanın Moldovadakı səfirliyi ilə muzeydə bir neçə tədbir və sərgi keçirilib. O cümlədən bir neçə il öncə Azərbaycanın tanınmış siyasi Lideri Heydər Əliyevə həsr olunan yubiley sərgisi açılıb. İnanıram ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək”, - deyə muzeyin direktoru əlavə edib.

Qeyd edək ki, sərginin kolleksiyasına müxtəlif ölçülü, fərqli xalçaçılıq məktəblərinə aid həm müasir, həm də klassik üslubda toxunmuş 22 xalça daxildir.

Sərgi iyulun 31-dək davam edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

 

 

 

Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

“Meta”, “TikTok” və “X” Böyük Britaniyanın mediatənzimləyicisinə qarşı məhkəmədə uduzub

® “Azercell”in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib