Moldovada koronavirusa dördüncü yoluxma halı təsdiqlənib
Kişineu, 12 mart, AZƏRTAC
Moldovada daha bir nəfərin COVID-19 tipli koronavirusa yoluxması təsdiqlənib. Bu, sayca dördüncü haldır.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın Səhiyyə naziri Viorika Dumbrevyanu bəyan edib.
Nazirin sözlərinə görə, yoluxan şəxs Milandan Kişineuya gələn gəncdir.
Qeyd edək ki, Moldova ərazisində koronavirusa ilk yoluxma halı martın 7-də, İtaliyadan gələn qadında müşahidə olunub. Martın 10-da isə daha iki nəfər yaşlı şəxsin bu xəstəliyə yoluxması təsdiqlənib.
Rüstəm Məmmədov
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]