Moldovada “Novruz xonçası” kampaniyasına başlanılır
Kişineu, 14 mart, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresi Novruz bayramı ənənəsinin təbliği məqsdilə yeni layihə həyata keçirir.
Konqresdən AZƏRTAC-a bildiriblər ki, martın 16-dan etibarən həftəlik “Novruz xonçası” kampaniyasına başlanılacaq. Kampanya çərçivəsində Moldovada yaşayan 200 azərbaycanlı ailəyə “Novruz xonçası” hədiyyə ediləcək.
“Novruz bayramının vacib atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat var. Xonça ailə üzlərinin sayına uyğun olaraq bəzədiləcək”, - deyə məlumatda bildirilir.
Belə bir layihəyə start verilməsinin məqsədi isə Novruzun milli adət-ənənələrini təbliğ etmək və yaşatmaqdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]
Hər şey Vətən üçün... - şəhidin son döyüşü
- 28.09.2026 [17:37]
Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu
- 28.09.2026 [16:56]
Heyvanların identifikasiyası ilə bağlı maarifləndirmə aparılır
- 28.09.2026 [16:46]