MOSKVA İT QUDUZLUĞU EPİDEMİYASI TƏHLÜKƏSİ QARŞISINDADIR
Sahibsiz heyvanların yaratdığı vəziyyəti İstehlakçıların hüquqlarının müdafiəsi sahəsinə nəzarət üzrə RF Federal Xidmətinin Moskva İdarəsində çox təhlükəli hal adlandırırlar. Bu isə təsadüfi deyil, çünki Moskvada it qapmaları halları daim artmaqdadır. Cari ilin əvvəlindən bəri təxminən 8 min bu cür hadisə qeydə alınmışdır.
Xüsusi təhlükəli infeksiyalara nəzarət şöbəsi rəisinin müavini Lyudmila Svil qəzetə müsahibəsində demişdir: “2001-ci ildən bəri Moskvada nəzarətsiz itlərin öldürülməsi dayandırılmışdır. İtləri, sadəcə, tutub sterilizasiya edirlər. Bu işin lazımi dərəcədə görülüb-görülmədiyi isə məlum deyildir. Edilsə də, itlər adamları qapmaqdadır. Deməli, heç də bütün itlər bu proseduradan keçirilmir. Bundan başqa, sahibsiz itlər çox sürətlə törəyib artmaqdadır. Bu da, öz növbəsində, vəziyyəti daha da gərginləşdirir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]