Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada “Heydər Əliyev : Şəxsiyyət və zaman” üçcildliyi çapdan çıxıb

Moskvada “Heydər Əliyev : Şəxsiyyət və zaman” üçcildliyi çapdan çıxıb

Moskva, 10 may, AZƏRTAC

Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” (“Гейдар Алиев: личность и эпоха”) üçcildliyi Moskvada işıq üzü görüb. Heydər Əliyev Fondunun dəstəyi ilə “Kanon-plyus” nəşriyyatında çapdan çıxmış üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb.

AZƏRTAC-ın müxbirinə müsahibəsində kitabların müəllifi E.Axundova qeyd edib ki, bu, “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyinin xarici ölkələr, xüsusilə də Rusiya oxucuları üçün nəzərdə tutulmuş yeni variantıdır. Yazıçı deyib: “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcildliyi üzərində işləyərkən əsərin Rusiyada qısaldılmış variantını nəşr etmək ideyası yaranmışdı. Bilirsiniz ki, Heydər Əliyevi Rusiyada yaxşı tanıyır və sevirlər. Bu ideya ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət etdim. O, mənim bu təşəbbüsümü bəyəndi və dəstəklədi. Buna görə Leyla xanıma xüsusi təşəkkürümü bildirirəm”. E.Axundova vurğulayıb ki, üçcildliyin ikinci kitabı Ümummilli Liderin həyatının məhz Moskva dövrünə həsr olunub. Kitabda Heydər Əliyevin keçmiş SSRİ-nin üç baş katibi - Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçov ilə münasibətləri, o vaxtkı siyasi büroda baş verən intriqalar, SSRİ-nin süqutu, Qarabağ münaqişəsinin başlanması, Heydər Əliyevin istefası ilə bağlı indiyədək məlum olmayan faktlar toplanıb.

Qeyd edək ki, üç kitabdan ibarət tədqiqat əsərinin ərsəyə gəlməsində Azərbaycan və Rusiyanın dövlət arxivlərindən, ulu öndər Heydər Əliyevin şəxsi arxivindən istifadə olunub. Kitabda şərh olunan faktların əksəriyyəti geniş oxucu kütləsinə ilk dəfə təqdim olunur. “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyi Moskvada ümummilli lider Heydər Əliyev haqqında çap olunan ilk böyük əsərdir. Müəllif deyir: “Elə Heydər Əliyevin öz məsləhətinə sadiq qalaraq, mən bacardıqca obyektiv olmağa, kəskin məqamları yumşaltmamağa çalışmışam. Hər bir insanın, xüsusilə də dahi insanların həyatında enişlər-yoxuşlar, yenidən, daha uca zirvələri fəth etmək üçün bir addım geri çəkildiyi anlar olur. Heydər Əliyevin də həyatında böyük nailiyyətlər, möhtəşəm qələbələrlə yanaşı, bədxahlarının paxıllığı, yalan və iftiralar olub. Ancaq o, həmişə siyasət Olimpinə qalib kimi qayıda bilib”.

Üçcildliyə ön sözdə Qazaxıstanın Xalq Yazıçısı Oljes Suleymenov yazır: “Elmira Axundovanın bu kitabı sevgi ilə yoğrulub... Belə kitablar çox lazımdır. Onlar yeni nəsil rəhbərlərin formalaşmasına kömək edir. Bir ölkədə iki dövlətə rəhbərlik etmiş Heydər Əliyevin təcrübəsi olduqca qiymətlidir”.

Xatırladaq ki, yazıçı-publisist Elmira Axundova “Heydər Əliyev: Şəxsiyyət və zaman” altıcıldliyinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülüb.

Hakimiyyət yükü

Üçcildliyin birinci kitabında oxucuya ulu öndər Heydər Əliyevin həyat yolunun başlanğıcı, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycan SSR-in rəhbəri seçilməsi, 1970-ci illərdə Azərbaycanın iqtisadi yüksəlişindən bəhs edilir.

Müəllif Əliyevlər nəslinin kökləri, Ulu Öndərin atası Əlirza kişi və anası İzzət xanım, bacı və qardaşları barədə məlumatlar, həmkəndlilərinin Heydər Əliyev haqqında xatirələrini toplayıb, karyerasına Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində başlayan Heydər Əliyevin daim xalqın yanında olduğunu, repressiyalar dövründə çoxlarını həbsdən və sürgündən qoruya bildiyini qeyd edir. E.Axundova yazır ki, gənc kadr olmasına baxmayaraq, Heydər Əliyev təhlükəni sovuşdurmağa, insanları sürgündən və həbsdən xilas etməyə nail olurdu. Naxçıvan ağsaqqalları bir neçə belə hadisəni məmnuniyyətlə xatırlayırlar. Məsələn, 1947-ci ildə Mərkəzi Komitə 1930-cu illərdə həbsdə olmuş insanların ölkənin uzaq rayonlarına sürgün edilməsi barədə qərar qəbul etmişdi. Heydər Əliyev bir çox tanınmış adamları bu sürgünlərdən qurtara bilmiş və sübut etmişdi ki, hətta cəza orqanlarında işləməklə də xalqın gözünə həmişə dik baxmaq üçün insanpərvərliyini qoruyub saxlamaq mümkündür.

Yazıçı 1969-cu il iyulun 14-nü Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi kimi dəyərləndirir. Həmin gün Heydər Əliyev respublika Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Müəllif sovet quruluşu idarəçilik sisteminin mahiyyətindən irəli gələn nöqsan və məhdudiyyətlərə baxmayaraq, bu dövrü Azərbaycanın iqtisadi, sosial və mədəni inkişaf tarixində böyük sıçrayış dövrü kimi səciyyələndirir və bu nailiyyətləri qüdrətli siyasi və ictimai xadim Heydər Əliyevin idarəçilik bacarığı ilə bağlayır : “Bu ildən respublika nəhəng inşaat meydançasına çevrilir, gələcək müstəqil Azərbaycanın sənaye və kənd təsərrüfatı potensialının təməli qoyulur”.

Kitabda sovet Azərbaycanının rəhbəri Heydər Əliyevin kadr, ordu quruculuğu, millətlərarası münasibətlər, gənclərlə iş və digər sahələrdə siyasəti geniş təhlil olunur.

Kreml beşilliyi

Beş il Kreml labirintlərində... Heydər Əliyev Qərb mətbuatının SSRİ KP MK-nın baş katibi vəzifəsinə başlıca namizədlərdən biri kimi təqdim etdiyi sovet rəhbərlərindən biri idi. Elə bu səbəbdən də bu dahi insanın işləmək bacarığı, xarizması, hörmət və nüfuzu bədxahlara rahatlıq vermirdi. 

İkinci kitabda oxucu Heydər Əliyevin keçmiş SSRİ-nin üç baş katibi - Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçov ilə münasibətləri, Kreml divarları arxasında baş verən fitnə-fəsadlar, müdrik siyasi xadim, xalqının böyük vətənpərvəri Heydər Əliyevin siyasətdən uzaqlaşdırılması planı və bu planın iştirakçılarından, bundan sonra dərhal baş qaldıran Qarabağ separatizminin fiqurantlarından söhbət açılır. Ötən əsrin 80-ci illəri Sovet İttifaqında qlobal proseslərin, kataklizmlərin başlanğıc dövrü idi. E.Axundova araşdırmasında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin fəaliyyətinin nəhəng dövlətdə gedən siyasi-iqtisadi, mədəni proseslərə, SSRİ-nin xarici siyasətinin formalaşmasına təsirini müəyyənləşdirir. Ulu Öndərin fəaliyyətinin sovet dönəmi ilə bağlı bu mühüm dövrü araşdırmaq üçün E.Axundova xeyli müddət Moskvada yaşayıb, Heydər Əliyevin tabeliyində olan, onunla əməkdaşlıq etmiş tanınmış insanlarla şəxsən görüşüb. Kitabda “Kreml beşilliyi” adlanan bu dövr Heydər Əliyevin həyatında böyük yüksəliş, məsuliyyət, şan-şöhrət illəri, eyni zamanda, acı məyusluq, ağrılı itkilər və idealların iflası dövrü kimi səciyyələndirilir.

Heydər Əliyev Kremldə işlədiyi 5 il ərzində keçmiş SSRİ-nin həyatının ən müxtəlif sahələrinə - nəqliyyat, rabitə, elm, mədəniyyət, səhiyyə, təhsil, sosial rifah sahələrinə və ən nəhayət, xarici siyasətə böyük dəyişikliklər gətirə bilmişdi. Bu sahələrin hər birində Heydər Əliyevin sözünün, işinin izləri hələ də qalmaqdadır. E.Axundova yazır ki, Moskvada Heydər Əliyev həm də yaxın və doğma adamlarını - əvvəlcə çox etibar etdiyi, ehtiram bəslədiyi Yuri Andropovu, sonra isə sevimli həyat yoldaşı və silahdaşı Zərifə xanım Əliyevanı itirdi. SSRİ-nin sonuncu baş katibi Mixail Qorbaçovun ona qarşı xainliyi Heydər Əliyevin qəlbində dərin çapıqlar qoydu. Müəllif yazır ki, Heydər Əliyevin Siyasi Büronun rəhbərliyindən uzaqlaşdırılmasının Dağlıq Qarabağın Azərbaycandan ayrılması kampaniyasının başlanğıcı ilə birbaşa əlaqəli olması heç kim üçün sirr deyil. Heydər Əliyevin istefasından düz 20 gün sonra dünyada Qorbaçovun fikirlərinin carçısı kimi tanınan Sov.İKP MK baş katibinin iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqambekyan Fransanın “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin çox tezliklə həll olunacağını demişdi. Bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayətində, Ermənistanda və Moskvada məlum proseslər başladı. Heydər Əliyev bu hadisələri ürək ağrısı ilə xatırlayaraq deyirdi ki, dəfələrlə Qorbaçova və baş katibin ətrafındakı məsul şəxslərə müraciət etməsinə baxmayaraq, onu dinləmək istəmir, məsləhətlərinə məhəl qoymurdular.

Yazıçı Ulu Öndərin həyatının istefadan sonrakı dövrünü bəzi dəyərlərə yeni yanaşma, kommunist ideologiyasından imtina, mənəvi böhranı dəf edərək yeni səhifənin başlanğıcı kimi təsvir edir. Bu səhifə Vətənə qayıdış, xalqın böyük etimadı və dayağı, Azərbaycanın xilası, gələcək çiçəklənməsinin təməli ilə başlanır.

Qayıdış

Tədqiqatının üçüncü kitabında E.Axundova Heydər Əliyevin Naxçıvana, daha sonra isə xalqın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından yazır. Müəllif Ulu Öndərin qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin dayandırılmasından, ölkənin parçalanmadan xilas edilməsindən, Qarabağda atəşkəs rejiminə nail olunmasından və müdrik neft strategiyası sayəsində Azərbaycanın XXI əsrdə bütün sahələrdə görünməmiş inkişafı üçün zəmin yaradılmasından söhbət açır. Kitabda, əvvəlki cildlərdə olduğu kimi, arxiv sənədlərindən, ölkənin bu çətin dövründə Heydər Əliyevin yanında olmuş insanların müsahibələrindən, qəzet məqalələrindən, yerli mətbuatın, o cümlədən AZƏRTAC informasiya agentliyinin, eləcə də xarici informasiya agentliklərinin materiallarından, həmçinin E.Axundovanın Ulu Öndərlə şəxsi görüşləri zamanı apardığı qeydlərdən istifadə olunub. E.Axundova yazır: “Bəzən məndən soruşurlar ki, Heydər Əliyev haqqında nə qədər yazacaqsınız? Cavab verirəm ki, ömrüm boyu. O, elə bir şəxsiyyət və nadir taleyə malik insandır ki, onun həyat və fəaliyyətinin publisistikasına böyük məsuliyyətlə yanaşmaq lazımdır. Böyük məsuliyyət və böyük sevgi ilə...”.

Kitabda dünya siyasi elitasının ən məşhur nümayəndələrinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında fikirləri yer alıb. Ulu Öndərin ömür yolu, Azərbaycan xalqı qarşısında xidmətləri barədə ən dəyərli fikirlər onun siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur: “Heydər Əliyev müasir Azərbaycanın banisidir. SSRİ-nin dağılması nəticəsində ölkəmiz müstəqilliyini bərpa edəndə, müstəqilliyin ilk iki ilini total böhran və tənəzzül dövrü kimi səciyyələndirmək olar. İqtisadiyyat bərbad vəziyyətdə idi, sənayedə durğunluq, əvvəlki hakimiyyətin bacarıqsız, deyərdim ki, xalqa zidd siyasəti, onların əsasən talançılıq, oğurluq və daxili intriqalarla məşğul olması Azərbaycanı vətəndaş müharibəsi həddinə, iqtisadi kollaps dərəcəsinə çatdırmışdı. 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi ölkəyə yenidən rəhbərlik etməyə çağırdı və o vaxtdan bu günə qədər Azərbaycanda aparılmış islahatlar dövlətimizin coşqun inkişafını və ölkəmizin qarşısında duran iqtisadi problemlərin demək olar ki, hamısının həllini təmin edib. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirməkdən xilas edib, dövlətçilik yaradıb, ölkəmizin durmadan inkişafını təmin edən güclü idarəçilik sistemi qurub. Onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycanın dinamik inkişaf etməsində, ölkədə ictimai asayişin təmin olunmasında, sabitliyin qorunub saxlanmasında, möhkəmlənməsində, buraya xaricdən güclü investisiyalar axını gəlməsində Heydər Əliyevin rolu müstəsna xarakter daşıyır.

... Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, biz doğma Vətənimizi onun yolu ilə irəliyə aparaq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Mən əminəm və şübhə etmirəm ki, biz bunu edəcəyik”.

Sonda Elmira Axundova vurğulayır ki, Ulu Öndərin vəfatından sonra Azərbaycanda onun adı əbədiləşdirilib, mükafat və orden təsis edilib, Azərbaycanın hər guşəsində Heydər Əliyevin adını daşıyan bağlar, parklar salınıb: “Ancaq ən əsası Heydər Əliyevin adını onun şah əsəri olan müasir müstəqil Azərbaycan əbədiləşdirib. Müstəqil Azərbaycan isə daimidir, əbədidir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb