Mühəndis qoşunlarının zabiti: İndiyədək 7 min hektardan çox ərazi təmizlənərək təhvil verilib
Füzuli, 17 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Qardaş Türkiyənin istehkamçıları ilə birlikdə Azərbaycan Ordusunun istehkamçıları düşməndən azad edilmiş ərazilərdə mina və partlamamış döyuş sursatlarının təmizlənməsi tapşırığını icra edirlər. İndiyədək 7 min hektardan çox ərazi təmizlənərək təhvil verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Mühəndis Qoşunlarının zabiti, polkovnik Ceyhun Bağırov Füzulidə jurnalistlərə açıqlamasında bildirib.
O deyib: “Türkiyədən 20 ədəd “Memat” minatəmizləyən texnikasının alınması planlaşdırılmışdı. Onların yarısı Azərbaycana gətirilib və hazırda işğaldan azad olunmuş əraziləri mina və partlamamış döyuş sursatlarından təmizləyir. Bu texnikalar ərazilərin təmizlənməsində həm sürətinə, həm effektivliyinə, həm də təhlükəsizliyinə görə seçilir. Düşmən bu ərazilərdə çoxlu tank və piyada əleyhinə minalar basdırıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [16:34]
Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub
- 14.10.2026 [15:32]