Murmansk vilayəti hökumətinin saytında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında məqalə dərc edilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Murmansk vilayəti hökumətinin saytında Azərbaycan haqqında “31 dekabr Murmanskda yaşayan azərbaycanlılar üçün milli həmrəylik günüdür” sərlövhəli məqalə dərc edilmişdir.
Məqalənin müəllifi Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk bölməsinin mətbuat katibi Əlihüseyn Şükürovdur.
AZƏRTAC xəbər verir ki, məqalədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi tarixindən söhbət açılır. Bu bayramla əlaqədar dünyanın müxtəlif ölkələrində təntənəli tədbirlər keçiriləcəkdir, çünki əlli ölkədə 60 milyona yaxın azərbaycanlı yaşayır.
Bayramın birləşdirici ideyaları millətin birliyi və həmrəyliyi, öz tarixi vətəninə, Azərbaycan dövlətçiliyi ənənələrinə bağlılıq, milli mədəni dəyərlərə və xalq ənənələrinə hörmətdir.
Həmrəylik günü hamının sevimli bayramlarından biri olan Yeni il ilə eyni tarixə düşür və çox geniş miqyasda qeyd edilir.
Məqalədə anons kimi bildirilir ki, ÜAK-ın vilayət bölməsi dekabrın 30-da xüsusi tədbir təşkil edəcəkdir.
Qeyd etmək lazımdır ki, Murmansk vilayət hökumətinin saytında Azərbaycan haqqında və Rusiyanın bu regionunda yaşayan həmvətənlərimiz haqqında məqalələr mütəmadi olaraq dərc edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]