Murmansk vilayəti İctimai Palatasının yeni tərkibi formalaşdırılır
Bakı, 12 noyabr (AZƏRTAC). Rusiyanın Murmansk vilayətinin İctimai Palatasının (İP) yeni tərkibinin formalaşdırılmasına başlanmışdır. Palataya 45 nəfər daxildir. Palata üç siyahı üzrə təşkil edilir.
Belə ki, 15 vətəndaşı qubernator təsdiq edir, 15 nəfəri vilayət duması seçir, 15 nəfəri isə qubernator tərəfindən təsdiq edilmiş və vilayət duması tərəfindən seçilmiş İP üzvləri seçirlər.
Murmansk vilayətinin qubernatoru burada fəaliyyət göstərən ictimai birliklər, qeyri-kommersiya təşkilatları, elmi və yaradıcı birliklər, dini konfessiyalarla dekabrın 3-dək məsləhətləşmələr aparır və İP-ın 15 vətəndaşdan ibarət tərkibini təsdiq edir.
Vilayət duması noyabrın 18-dək regional ictimai birliklərdən İP üzvlüyünə namizədlərini sənədlərini toplayır. 2012-ci il dekabrın 18-dək özünün iclasında İP-nın 15 üzvünü təsdiq edəcəkdir.
Bələdiyyə orqanları dekabrın 18-dək yerli ictimai birliklərin hər birindən bir namizəd müəyyənləşdirəcəklər.
Qubernatorun təsdiq etdiyi və vilayət duması tərəfindən seçilmiş İP üzvləri dekabrın 18-dən yanvarın 2-dək bələdiyyələrdən olan namizədlər arasında seçkilər keçirəcəklər.
Yeni tərkibdə İctimai Palatanın plenar iclası fevralın 1-dək keçirilməlidir. Fəaliyyətdə olan tərkibin səlahiyyət müddəti yanvarın 20-də başa çatır.
Qeyd edək ki, həmvətənimiz, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsinin sədri Asif Hüseynov regionun qubernatorunun siyahıları üzrə İP-nın təsdiq edilmiş İctimai Palatasının fəaliyyətdə olan üzvüdür
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]