Murmansk vilayətinin qubernatoru həmvətənlərimizi təbrik etmişdir
Bakı, 25 dekabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk vilayəti ictimai təşkilatının ünvanına Murmansk vilayətinin qubernatoru Marina Kovtundan təbrik məktubu daxil olmuşdur. Qubernator Rusiya Federasiyasının bu vilayətində yaşayan azərbaycanlıları Yeni il, Milad bayramları və Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik etmişdir.
Təbrik məktubunda deyilir: “Yeni il bizi birləşdirən bayramdır. Bu gözəl qış günlərində biz hamımız yaxınlarımıza və doğma torpağımıza ən gözəl arzularımızı bildiririk. İnsanların qəlbində sülh, əmin-amanlıq və mehribanlıq yuva qurur. Qəlblərin bu işığı ən qiymətli yeni il hədiyyəsidir və onu bütün il boyu qoruyub saxlamaq lazımdır. Qarşıdakı ildə Sizə ürəkdən sağlamlıq, xoşbəxtlik, gümrahlıq və qəlbinizə sönməz işıq arzulayıram! Bütün Azərbaycan xalqına xoşbəxtlik, möhkəm cansağlığı, rifah və uğurlar diləyirəm!”.
Qeyd edək ki, regionda təqribən 30 min həmvətənimiz yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]