Murmanskda “Dostluq festivalı” keçirilmişdir


Bakı, 27 yanvar (AZƏRTAC). Murmanskda “Dostluq festivalı” milli mədəniyyət bayramı keçirilmişdir. Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru Marina Kovtun Mədəniyyət Sarayının səhnəsindən həmyerlilərinə - Murmanskda yaşayan xalqların nümayəndələrinə müraciət etmişdir.
Regionun rəhbəri qeyd etmişdir ki, “Dostluq festivalı” Murmansk vilayətində artıq doqquzuncu dəfə keçirilir və hər il də şimallılar arasında böyük rəğbət qazanır. Qubernatorun fikrincə, festivalın populyarlığının sirri bundadır ki, gözəlliyi hamı başa düşür, incəsənət də tərcümə tələb etməyən universal dildir.
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Murmansk vilayət şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, konsertdən əvvəl qubernator Kola diyarında yaşayan xalqların nümayəndələri ilə, o cümlədən həmvətənlərimizlə görüşmüşdür. Mədəniyyət Sarayının foyesində milli-ictimai təşkilatların hər biri dekorativ-tətbiqi yaradıcılıq məmulatlarını, musiqi alətlərini, mahnı və rəqslərini qonaqlara təqdim etmişdir.
Bayramda həmvətənlərimiz maraqlı yaradıcılıq nömrələri nümayiş etdirmişlər, ÜAK-ın Murmansk vilayət şöbəsinin nəzdində fəaliyyət göstərən “Şərq incisi” xalq musiqi və rəqs ansamblı çıxış etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.07.2025 [15:10]
Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır
- 05.07.2025 [13:41]
UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub
- 18.06.2025 [16:35]
Aktauda I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib
- 12.06.2025 [13:03]
Oksford Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub
- 10.06.2025 [18:53]