Müsahibədə uğur qazanmış 146 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib
Bakı, 12 mart, AZƏRTAC
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi bu gün yekunlaşır.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 12:00-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 146-sı uğur qazanıb. Onlardan 79 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 38 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 17 nəfər Mədəniyyət Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Qeyd edək ki, müsahibədə iştirak üçün 2166 namizəd qeydiyyatdan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]