Müxtəlif şəhər və rayonların güləş zallarına baxış keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 3-7-də Gəncədə III MDB Oyunları çərçivəsində güləş yarışları keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, qurumun nümayəndə heyəti həmin günlərdə Gəncə şəhərində, Göygöl, Qazax, Şəmkir və Tovuz rayon mərkəzlərində, həmçinin bir sıra kəndlərdə yerləşən güləş zallarında mövcud şəraitlə tanış olub. Səfər çərçivəsində yerli mütəxəssislərin təklifləri dinlənilib, bölgədə güləşin inkişaf yolları müzakirə edilib.
Gələcəkdə digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.