Azərbaycan Dövlət İnformasiya Agentliyi

NABUKKO LAYİHƏSİNƏ DAİR SAMMİTDƏ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

NABUKKO LAYİHƏSİNƏ DAİR SAMMİTDƏ  AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

(Budapeşt, 27 yanvar 2009-cu il)

-Hörmətli xanımlar və cənablar,

Öncə mən bizi qəbul edən Macarıstan tərəfinə və Baş nazir Dyurçana bu cür möhtəşəm tədbiri təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu gün keçirdiyimiz müzakirələr layihənin bütün iştirakçıları, istər təchizatçı, tranzit ölkələr, istərsə də istehlakçılar arasında daha çox anlaşmanı təmin edəcək və irəliyə doğru daha sürətlə addımlamağa imkan yaradacaqdır.

Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyində öz rolunu oynayır. Son illər ərzində başladığımız və uğurla həyata keçirdiyimiz layihələr regionda artıq yeni vəziyyət yaradıbdır. Dünyada ilk dəfə olaraq, Xəzərin enerji resursları alternativ yolla Qərb bazarlarına çıxarılır. Tərəfdaşlarımızla birgə çəkdiyimiz neft və qaz boru kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatlarımızı ödəməyə, iqtisadi və siyasi islahatları daha sürətlə aparmağa imkan yaradır.

Bir sözlə, Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız, qonşularımız və bütöv region üçün artıq böyük fayda verir. Bu gün Xəzərdə alternativ mənbələr üçün yeni nəqletmə layihələri haqqında söhbət açdığımız zaman hamımız etiraf edirik ki, bu nailiyyətin bünövrəsi 1990-cı illərin ortalarında qoyulmuşdur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri tikilmişdir. Bu addım qapıları açır və imkanlara aparan yolun təzahürüdür. Vaxt keçdikcə və həmin layihələri yekunlaşdırdıqca, biz lazım olan bütün işləri yerinə yetirdik. Azərbaycanın çəkdiyi boru kəmərləri xəritəsinə nəzər yetirsə, görərsiniz ki, neft və qaz kəmərləri hər bir istiqamətdə gedir. Bu gün malik olduğumuz yeddi neft və qaz boru kəməri bizə hasil etdiyimiz qədər enerji daşıyıcılarını müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Bunlar bizə imkan verir ki, yalnız bir marşrutdan, tranzit yolundan asılı olmayaq.

Biz xüsusən hasilatçılar ilə tranzit ölkələr arasında mübahisədən əziyyət çəkən istehlakçıların narahatlığını aydın şəkildə anlayırıq. Etibarlı tərəfdaş və dost ölkə kimi, o cümlədən müstəqillik dövründən verdiyi vədləri yerinə yetirən tərəf kimi Azərbaycan öz bəyan etdiyi addımları atıbdır. Gələcəkdə isə biz şaxələndirmə işində daha fəal rol oynamağı planlaşdırırıq. Şaxələndirmə hamımız, o cümlədən hasilatçılar üçün vacibdir. Əgər biz yalnız bir yoldan asılı olacağıqsa, onda problemlərlə üzləşə bilərik və ədalətli qiymətə nail olmayacağıq. Lakin variantların müxtəlif olduğu təqdirdə özümüzü daha rahat hiss edə bilərik.

Azərbaycanın nəhəng qaz ehtiyatlarını nəzərə alsaq, - minimum hesablamalara görə, onun həcmi 2 trilyon kubmetr səviyyəsindədir, - bu sərvətimiz gələn onilliklər, yüz il ərzində bizim üçün kifayət edəcəkdir. Əlbəttə ki, biz bazarlara və tranzit ölkələrlə münasibətlərimizə uyğun olaraq hasilat sürətimizi, sərmayə proqramlarımızı planlaşdırmalıyıq. Nə qədər çox ölkə Azərbaycandan qaz alarsa, bu, Azərbaycanın özü üçün bir o qədər yaxşıdır və həmin ölkələr üçün faydalıdır. Bu, hər tərəfdən faydalı variantdır. Başladığımız və uğurla həyata keçirdiyimiz layihələr hazırda göstərir ki, bütün iştirakçıların maraqları üst-üstə düşəndə, vahid heyət kimi işləyəndə və səylərini əlaqələndirəndə, o cümlədən hər bir tərəf ümumi işə töhfə verəndə biz uğur əldə edirik.

Nabukkoya gəldikdə, Azərbaycan hər zaman bu layihəni dəstəkləyibdir. Bu gün bir daha bəyan etmək istəyirik ki, biz öz dəstəyimizi davam etdirəcəyik. Bu məqsədlə hazırlanmış bəyannamə bunu aydın şəkildə əks etdirir. Əlavə olaraq demək istəyirəm ki, bir neçə ay bundan öncə Bakıda enerji sammiti zamanı biz Xəzər dənizi regionunda müxtəlif layihələri, o cümlədən Nabukkonu müzakirə etdik və onu dəstəkləməklə öz siyasi iradəmizi qəbul olunmuş bəyannamədə ifadə etdik.

Hesab edirəm ki, bütün iştirakçıların - təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir araya gətirmək vaxtı artıq yetişibdir. Təbii ki, bu halda biz bir neçə məqsədə nail olmalıyıq. Öncə, etibarlı təchizat təmin edilməlidir, çünki evlərində qazın olmamasında kimin günahkar olduğu istehlakçılar üçün vacib deyildir. Onlar, sadəcə, qaza ehtiyac duyurlar, qazın qiymətini ödəyiblər və ondan istifadə etmək hüququna malikdirlər. İkincisi, etibarlı təchizat marşrutudur. Ümumi şəkildə qavranılmalıdır ki, tranzit ölkələr ərazisindən daha çox həcmdə enerji daşıyıcıları keçəndə bir o qədər çox fayda götürürlər. Eyni zamanda, qiymət də ədalətli olmalıdır, çünki neftdən fərqli olaraq, qazın qiyməti azad bazar tərəfindən tənzimlənmir. Bəzən biz qaz hasil edən ölkələrin bu və ya digər istehlakçıya fərqli yanaşmasının şahidi oluruq.

Azərbaycana gəldikdə, biz hər zaman istehlakçılarımızın tələbatlarına cavab verməyin tərəfdarı olmuşuq və yaxşı tərəfdaşlıq ruhu bizə uğur qazanmağa imkanlar yaradıbdır. Hesab edirəm ki, bütün bu amilləri və Avropada təchizat mənbələrinin şaxələndirmə ilə bağlı narahatlıqları nəzərə alaraq, regionumuzda nəhəng enerji ehtiyatlarından istifadədə uğurlar əldə edə bilərik.

Bir məsələni də əlavə etmək istəyirəm. Nabukko barədə müzakirələr başlayanda, Azərbaycan təchizatçılardan biri kimi nəzərdə tutulmurdu. O vaxt təchizat mənbəyi kimi başqa yer baxılırdı. Səmimi desək, bu, həmin vaxt düzgün qərar idi, çünki Azərbaycan həmin dövrdə hətta öz tələbatlarımızı ödəmək üçün kifayət qədər həcmdə qaz hasil etmirdi. Lakin bu gün vəziyyət fərqlidir. Azərbaycan artıq həm tranzit ölkə, həm potensial ilkin təchizat mənbəyi hesab edilir. Bu cür nəhəng ehtiyatların və artıq müasir infrastrukturun, nəql qurğularının olması, eləcə də ilbəil artan qaz hasilatının həcmi ilə təbii ki, biz qarşılıqlı maraq doğuran məsələlər üzərində ciddi şəkildə işləyə bilərik. Əminəm ki, bütün maraqları bir araya gətirərək, uğur əldə edəcəyik.

Mən eyni zamanda dostum, Baş nazir Dyurçanın söylədiyi fikirlə bağlı demək istəyirəm ki, o, haqlı olaraq bildirdi: “Azərbaycan kimi ölkələr sırf xammal mənbəyi hesab edilməsini istəmirlər”. Bu, keçmişdə də belə olub. Həmin vaxt biz Sovet İttifaqında yaşayırdıq və enerji mənbələri ilə zəngin respublikalar təchizat bazası sayılırdı. Azərbaycanda böyük miqdarda neft və qaz hasil olunurdu. Lakin ölkəmiz müstəqilliyini əldə etdikdən sonra, biz onun faydasını görmədik. Bizə qalan yalnız dağıdılmış infrastruktur, tükənmiş neft və qaz yataqları və böhran içərisində olan iqtisadiyyat oldu. Bu, xalqımızın 1991-ci ildə üzləşdiyi miras idi. Biz çox səylər göstərdik və xarici tərəfdaşlarımızla əməkdaşlıq qurduq. Beləliklə, bugünkü hasilat həcmimiz ölkəmizə heç nədən asılı olmamaq imkanı yaradır. Nabukkodakı iştirakımıza gəldikdə, əlbəttə ki, əməkdaşlığımızın əlavə aspektlərini görmək istərdik. Biz maliyyə dəstəyinə ehtiyac duymuruq və özümüzü təmin edən ölkəyik. Bizə sıx inteqrasiya, Avropa İttifaqı ilə daha çox proqramlar, birgə səylər nəticəsində həll olunan məsələlər və səmərəli tərəfdaşlıq lazımdır. Bütün bunlar üçün yaxşı əsaslar var. Əminəm ki, enerji layihələri bu tərəfdaşlığı gücləndirəcəkdir.

Bizim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki, enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji məsələləri siyasi təzyiq və böhtan aləti kimi istifadə edilməli deyildir. Bizim siyasətimiz, təcrübəmiz və Azərbaycan tərəfindən atılmış praktik addımlar, - əminəm ki, istehlakçılarımız və tranzit ölkələr bunu etiraf edə bilər, - göstərir ki, tərəfdaşlığa və dərhal maliyyə nəticələrinə yönəlmiş siyasət bir çox uğurlar gətirəcəkdir.

Mən bu cür vacib tədbiri təşkil etdiyinə görə qəbul edən tərəfə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm, Azərbaycan şaxələndirmə siyasətinə, Avropa İttifaqı və Avratlantik strukturları ilə güclü tərəfdaşlığına sadiqdir. Biz bu layihəni irəli doğru aparmaqda əlimizdən gələni edəcəyik.

Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

stanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib