Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 26 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 26-da Naxçıvan Muxtar Respublikasında 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Ölkə Prezidentinin himayəsi ilə Naxçıvana təbii qazın verilməsi, yeni elektrik stansiyalarının qurulması və enerji təhlükəsizliyinin təmin olunması, əhalinin ilboyu dayanıqlı təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin olunması, istilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri və yaradılan şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırıb. Lakin muxtar respublikanın iqlim şəraiti nəzərə alınaraq payız-qış mövsümünə hazırlıq tədbirləri hər il diqqətdə saxlanılmalı, mövcud infrastruktur daha da təkmilləşdirilməli və müvafiq tədbirlər həyata keçirilməlidir.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Hər bir ölkənin, regionun sosial-iqtisadi inkişafı enerji təhlükəsizliyinin təmin olunmasından asılıdır. Uzun müddətdən bəri blokada şəraitində yaşayan və kəskin iqlim şəraitinə malik olan muxtar respublikamızda enerji təhlükəsizliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Ümummilli Liderimizin, hal-hazırda isə ölkə Prezidentinin göstərdiyi qayğı nəticəsində muxtar respublikada enerji təhlükəsizliyi təmin olunub. Buna baxmayaraq muxtar respublikada payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır, əvvəlki dövrlərdə yol verilən nöqsanlar və çatışmazlıqlar aradan qaldırılır. Bu gün muxtar respublikada enerji tutumlu yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, əhali məskunlaşmasında müşahidə olunan artım, yaşayış səviyyəsinin yaxşılaşması təbii olaraq elektrik enerjisinə və qaza olan tələbatı da artırır. Bu tələbatı ödəmək, istehlakçıları fasiləsiz qaz və elektrik enerjisi ilə təmin etmək üçün infrastrukturun yenilənməsi diqqət mərkəzində saxlanılır. Bundan əlavə, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün də müvafiq işlər görülür. Bu gün Naxçıvan şəhəri ilə yanaşı, Şahbuz və Culfa rayon mərkəzləri və ətraf kəndləri fasiləsiz içməli su ilə təmin edilir. Digər rayon mərkəzlərində də bununla bağlı tədbirlər görülür. Görülmüş işlər muxtar respublika sakinlərinin rahat yaşayışının təmin olunması, normal iş şəraitinin yaradılması üçündür. Bu rahatlığın qış aylarında da qorunub saxlanılması, yarana biləcək problemlərin aradan qaldırılması üçün mövsümə hazırlıq işlərinə indidən başlamalı, lazımi mal-material ehtiyatı yaratmalıyıq.

Ali Məclisin Sədri deyib ki, Dövlət Energetika Xidməti elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan, standartlara uyğun gəlməyən, bəzi hallarda isə qəzaların baş verməsinə səbəb olan avadanlıq və xətlərin vaxtında müəyyən edilərək dəyişdirilməsinə diqqəti artırmalı, qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsini başa çatdırmalıdır. Energetika sisteminin normal fəaliyyəti üçün tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və onların zəruri ehtiyatının yaradılmasını diqqət mərkəzində saxlamalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsi noyabr ayınadək yekunlaşdırılmalı, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülməli, elektrik verilişi xətləri yeraltı kabellərlə əvəz olunmalıdır. Enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri davam etdirilməli, bütün istehlakçı qrupları üzrə istifadə olunan enerjinin dəyərinin toplanması təmin olunmalı, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görülməlidir.

“Naxçıvanqaz” İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aşkar edilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir. Təbii qazın şaxtalı hava şəraitində nəqli üçün hazırlıq işləri vaxtında başa çatdırılmalı, istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanmalı, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir.

Ali Məclisin Sədri deyib ki, şəhər və rayon icra hakimiyyətləri cari il noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində mövcud problemləri araşdırıb nöqsanları aradan qaldırmalı, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərdən keçən istilik, su və kanalizasiya xətlərinin istismar üçün yararlılığını yoxlayıb, müvafiq tədbirlər görməlidirlər. Qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanılmasına diqqət artırılmalıdır.

Qeyd olunub ki, son illər aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, muxtar respublikanın əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman obyektlərinin isə hamısı istilik sistemi ilə təchiz olunub. Lakin hələ də bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi həmin müəssisələrin qış mövsümündə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməli, zəruri yanacaq ehtiyatının yaradılması üçün müvafiq tədbirlər həyata keçirməlidir. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təminatına nəzarəti gücləndirməlidir.

Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan mal-materialın alınması üçün lazımı maliyyə vəsaitinin ayrılmasını, həmçinin dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı borc qalığının yaranmamasını diqqətdə saxlamalıdır. Büdcədən maliyyələşən bütün dövlət müəssisə və təşkilatları elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməli, israfçılığa yol verməməli, istehlak olunan qazın və enerjinin dəyəri vaxtında ödənilməlidir. Nəqliyyat Nazirliyi qış aylarında xəttə buraxılacaq nəqliyyat vasitələrinin qrafik üzrə hərəkətinə, Daxili İşlər Nazirliyi ilə birlikdə həmin nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Şirkəti magistral yollarda qum ehtiyatı yaradılmasını təmin etməli, yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olmasına nəzarəti artırmalıdır.

Ali Məclisin Sədri deyib: Naxçıvan Beynəlxalq Hava Limanı bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sisteminin, rabitə qurğularının texniki baxışını vaxtında yekunlaşdırmalı, tələbata uyğun yanacaq və mal-material ehtiyatının yaradılmasına nail olmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitələri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalına, satışına və istismarına yol verməməli, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar.

Tapşırılıb ki, İqtisadiyyat Nazirliyi mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünü təşkil etməli, qəbul olunmuş meyvə-tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına nəzarəti artırmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə əlaqədar maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin təminatı üçün tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi poçt və rabitə xidmətlərinin fəaliyyətini daha da gücləndirməli, mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq tədbirlər görülməlidir. Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlar birlikdə qış mövsümündə elektrik enerjisi və təbii qaz sayğaclarına müdaxiləyə, sayğacdankənar istifadə hallarına qarşı reydlərin keçirilməsini davam etdirməlidirlər.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etsin və payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı