Naxçıvan şəhərində veloyürüş keçiriləcək
Naxçıvan, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Naxçıvanda veloyürüş təşkil olunacaq.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mədəni-kütləvi idman aksiyasına 14 yaşdan yuxarı hər kəs öz velosipedi ilə qoşula bilər.
İştirakçılar “Saat Meydanı” İstirahət Mərkəzindən başlayaraq təyin olunmuş marşrut üzrə 8 min metr məsafə qət edib, adıçəkilən məkana qayıdacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:34]
Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub
- 14.10.2026 [15:32]