Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Turizm İnformasiya Mərkəzi yeni binada fəaliyyət göstərəcəkdir

Naxçıvan, 6 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyə-Mədrəsə binası əsaslı təmir olunmuş və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən rəmzi lenti kəsmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Ali Məclisin sədri Naxçıvan Turizm İnformasiya Mərkəzinin kollektivini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulayaraq demişdir: Ölkəmizdə digər sahələrlə yanaşı, turizmin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür, bu sahənin maddi-texniki bazası gücləndirilir. Ölkəmizdə turizm fəaliyyəti “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu və digər 7 qanunla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafına əlavə stimul vermişdir.

Ali Məclisin sədri demişdir: Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı daim diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş, Mədəniyyət və Turizm Nazirliyinin tərkibində Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmış, 1200-ə yaxın tarixi abidəmiz qeydiyyata alınmış, “Naxçıvan Abidələri Ensiklopediyası” nəşr olunmuş, 50-dən çox tarixi-mədəni abidə bərpa və təmir edilmişdir. Muxtar respublikada qeydiyyata alınan tarixi abidələrin 600-ə yaxını dünya və ölkə əhəmiyyətli abidələrdir. Bu gün muxtar respublikada tarixi abidələrin bərpası istiqamətində işlər davam etdirilir, elmi ekspedisiyalar təşkil olunur, arxeoloji qazıntılar aparılır. Həyata keçirilən bu tədbirlər muxtar respublikanın tarixi irsinin öyrənilməsi və təbliği, həmçinin turizm sektorunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Ali Məclisin sədri qeyd etmişdir ki, Naxçıvanda ekoturizmin inkişafı da diqqət mərkəzində saxlanılır. Hazırda muxtar respublikamızda 150 min hektara yaxın ərazini əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq vardır. Eyni zamanda, muxtar respublikada müasir otellər, turizm şirkətləri fəaliyyət göstərir. Mövcud potensial son illər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuş, təkcə 2011-ci ildə muxtar respublikaya 340 mindən, 2012-ci ilin ötən 6 ayında isə 164 mindən çox turist gəlmişdir.

“Turizm gəlirli sahədir. Ona görə də hər bir ölkə bu sahənin inkişafına xüsusi diqqət göstərir”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, bir çox dünya ölkələrində turizm sektorunun ümumi daxili məhsulda çəkisi 50-55 faiz təşkil edir. Muxtar respublikada da turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, ixtisaslı kadrlar hazırlanır. Naxçıvanda kənd turizminin, ekoturizmin, tarixi abidələr və müalicə turizminin inkişafı üzrə böyük potensial vardır. Naxçıvan Dövlət Universitetində turizm üzrə ixtisaslı kadrlar hazırlanır. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatda turizmin çəkisi artırılmalı, internet vasitəsilə turizm obyektləri tanıdılmalı, muxtar respublikaya turistlərin təşviqi işi gücləndirilməli, bu sektorun dayanıqlı inkişafı təmin edilməlidir.

Yaradılan şəraitdən səmərəli istifadə olunmasının vacibliyini bildirən Ali Məclisin sədri demişdir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi muxtar respublikada turizm fəaliyyətinin stimullaşdırılması, turizm potensialından istifadə imkanlarının genişləndirilməsi və təbliği ilə bağlı müvafiq tədbirlər görməli, ekoloji, müalicə və kənd turizminin inkişafına çalışmalı, beynəlxalq təcrübəni tətbiq etməlidir. Həmçinin xalqımızın tarixinin, adət-ənənələrinin, xalq yaradıcılığı nümunələrinin, xarici dillərdə turist-bələdçi kitabçaları və turist xəritələrinin hazırlanması, nəşri və yayılması təmin edilməlidir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə Turizm İnformasiya Mərkəzinin internet saytına bu məlumatların yerləşdirilməsini və daim yenilənməsini diqqətdə saxlamalıdır.

Ali Məclisin sədri demişdir ki, turizm sahəsinin inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayan mehmanxanalarda və digər turizm müəssisələrində xidmət mədəniyyəti də davamlı olaraq yüksəldilməlidir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikaya gələn turistlərin sayını və turizm sektorunun ümumi daxili məhsuldakı çəkisini daim diqqət mərkəzində saxlamalıdır.

İqtisadi İnkişaf Nazirliyi turizm sahələrinə sərmayələrin cəlb olunması, bu sahədə əlverişli investisiya və biznes mühitinin formalaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirməli, tarixi-mədəni abidələri, milli dəyərləri özündə əks etdirən sənətkarlıq və suvenir məhsullarının istehsalı və müvafiq yerlərdə satışı işini gücləndirməlidir.

Naxçıvan Dövlət Universiteti müasir tələblər nəzərə alınmaqla turizm və otelçilik üzrə ixtisaslı kadrların hazırlanmasını davam etdirməli, muxtar respublikanın mövcud turizm obyektlərində, qoruq, yasaqlıq və parklarda tələbələrin praktiki vərdişlərinin artırılmasını diqqət mərkəzində saxlamalı, Turizm İnformasiya Mərkəzi ilə əlaqələrini gücləndirməlidir.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, aid təşkilatların və turizm şirkətlərinin bu istiqamətdə fəaliyyətlərini daha da artıracaqlarına əminliyini bildirən Ali Məclisin sədri onlara uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzi öz fəaliyyətini turizm məlumat bankının hazırlanması, digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, buraya müraciət edənlərə otellər, restoranlar, muzeylər, mağazalar, tarix-mədəniyyət abidələri, turfirmalar və bələdçilər haqqında məlumat verilməsi istiqamətində quracaqdır. Burada lazımi şərait yaradılmış, əməkdaşlar müasir texniki avadanlıqla təchiz edilmişdir. Mərkəzdə internetə çıxışı olan 2 kompyuter dəsti quraşdırılmış, tarix-mədəniyyət abidələrinin nümayiş etdirilməsi üçün ayrıca guşələr yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat vermişdir ki, mərkəzin 3 dildə fəaliyyət göstərən yeni internet saytı vasitəsilə dünyanın istənilən ölkəsindən muxtar respublikanın turizm potensialı, bu sahə üzrə mövcud olan infrastruktur, turizm marşrutları barədə ətraflı məlumat əldə etmək mümkündür. Saytın “Turizm”, “Otel, mehmanxana, restoranlar”, “Milli geyimlər”, “Musiqi”, “Xalq çalğı alətləri”, “Milli rəqslər”, “Milli mətbəx” bölmələri vasitəsilə turistlər ətraflı məlumat toplamaq imkanına malik olacaqlar. Həmçinin saytda turizm obyektləri haqqında bələdçi məlumatlar, videoçarxlar və fotoşəkillər yerləşdirilmiş, keçid linkləri yaradılmışdır.

Tarix-mədəniyyət abidələrinin nümayiş etdirildiyi guşələrə baxış zamanı bildirilmişdir ki, Turizm İnformasiya Mərkəzi tarixi abidələrimizin tanıdılmasını, onlara turist səfərlərinin təşkilini diqqət mərkəzində saxlamalı, bu məqsədlə internet resurslarından və əyani vəsaitlərdən səmərəli istifadə etməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr