Naxçıvanda keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə universiadaya yekun vurulub
Naxçıvan, 12 mart, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası - 95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə universiadaya yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 14 komandanın iştirak etdiyi oyun “Axtarış”, “Hədəf”, “Saxlama”, “Zəfər” və “Ekstra” mərhələlərindən ibarət olub. Oyunda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən “Diplomat” komandası qalib adını qazanıb. “Turan” komandası ikinci, “Qisas” komandası üçüncü olub.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim edilib. Qalib komanda Bakı şəhərində təşkil olunacaq “Poliqon” strateji intellekt oyunu üzrə II Respublika Universiadasında Naxçıvanı təmsil edəcəkdir.
Qeyd edək ki, universiada muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.