NAXÇIVANIN DÖVLƏT YOL POLİSİ VƏ RAYON ŞÖBƏLƏRİ ÜÇÜN NƏQLİYYAT VASİTƏLƏRİ VERİLMİŞDİR
Bu münasibətlə Naxçıvan şəhərində keçirilmiş tədbirdə Ali Məclisin sədri Vasif Talıbov daxili işlər orqanlarına göstərilən yüksək dövlət qayğısından söhbət açmışdır. O bildirmişdir ki, son dövrlər ölkənin yol polisi üçün ayrılmış 200-dən çox yeni avtomobilin bir hissəsi muxtar respublikaya verilmişdir. Qeyd edilmişdir ki, ölkə başçısının Sərəncamı ilə ayrılmış vəsait hesabına muxtar respublikanın daxili işlər orqanlarına daha 10 “BMV” markalı avtomobil verilmişdir.
Ali Məclisin sədri yol polisinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini, qurumda çalışanların əmək haqqının artırılacağını bildirmiş, avtomobillərin, motosikletlərin açarlarını yol polisinin əməkdaşlarına təqdim etmişdir.
Sonra yeni avtomobillərə baxış keçirilmişdir.