SİYASƏT
Nazim Mustafa: Ermənilər İrəvan qalasını məhv ediblər
![Nazim Mustafa: Ermənilər İrəvan qalasını məhv ediblər](/files/2023/1/1200x630/16776601911045452166_1200x630.jpg)
Bakı, 1 mart, AZƏRTAC
İrəvan qalası Səfəvilərlə Osmanlılar arasında 14 dəfə əl dəyişdirib. 1679-cu ildə İrəvanda baş verən zəlzələ nəticəsində şəhər yerlə-yeksan olub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Əməkdar rəssam Rza Avşarla görüşdə tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa söyləyib.
O qeyd edib ki, ruslar 1827-ci ildə İrəvan qalasını mühasirəyə alıb və şəhərə giriblər.
Nazim Mustafa deyib: "Hazırda İrəvan qalasından əsər-əlamət qalmayıb. Çünki ermənilər onu məhv ediblər. İrəvanda təkcə Göy məscid qalıb. O da fars abidəsi kimi İranın maliyyə dəstəyi ilə saxlanılıb”.