Nazir: Azərbaycanla Çin arasında nəqliyyat, tranzit və logistika sahələrində geniş əməkdaşlıq imkanları var
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan ilə Çin arasında nəqliyyat, tranzit və logistika sahələrində geniş əməkdaşlıq imkanları var.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Xuey ilə görüşü zamanı deyib.
Nazir, həmçinin Ələt Azad İqtisadi Zonasının və bu istiqamətdə sərmayələrin əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.