“Neftçi” klubu “Turan Tovuz”un hücumçusu ilə maraqlanır
Bakı, 3 aprel, AZƏRTAC
“Neftçi”nin növbəti mövsüm üçün heyətində görmək istədiyi daha bir futbolçunun adı məlum olub.
AZƏRTAC xəbər verir ki, paytaxt klubu “Turan Tovuz”un ingiltərəli hücumçusu Natan Oduvaya maraq göstərir. Bu mövsüm yaxşı formada olan Oduva Tovuz təmsilçisinin heyətində ən çox fərqlənən futbolçulardandır.
“Neftçi” mövsümün sonunda “Turan Tovuz”la müqaviləsi yekunlaşacaq futbolçunu azad agent statusu ilə transfer etmək istəyir.
Qeyd edək ki, vaxtilə “Tottenhem”də də oynayan Oduva ölkəmizdə daha əvvəl “Keşlə”nin (indiki “Şamaxı”) şərəfini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]